Sabah Azərbaycanda Anım Günüdür
Sabah Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Artıq ikinci ildir ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq.
Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək, Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılacaq, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstəriləcək.
Ötən il olduğu kimi bu il də Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb.
Bütün bunlara Azərbaycan Ordusunun 2908 şəhidinin qanı bahasına nail olunub. Beləliklə, uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olunub. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin olunur.
Allah şəhidlərimizə rəhmət eləsin!
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 18 saat əvvəl
-
20 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
22 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi
























