“Muğanbank”ın əməliyyat mənfəəti 10 dəfədən çox artıb - MALİYYƏ VƏZİYYƏTİ
“Muğanbank” ASC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 506 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ilin eyni dövrünü 556 min manat xalis mənfəət ilə bağlamışdı.
Mənfəətdə cüzi azalma mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsaitin artması ilə əlaqədardır. Bankın cari biznes fəaliyyətinin nəticəsini daha doğru əks etdirən əməliyyat mənfəəti 10 dəfədən çox artaraq 768 min manatdan 8 milyon 67 min manata yüksəlib.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, “Muğanbank” ASC-nin faiz gəlirləri 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 5 milyon 522 min manat və ya 42,2% artaraq 18 milyon 611 min manat, qeyri-faiz gəlirləri isə 6 milyon 227 min manat və ya 40,4% artaraq 21 milyon 628 min manat təşkil edib.
2022-ci ilin yanvar-iyun dövründə “Muğanbank” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 40 milyon 239 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 32 milyon 172 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın əməliyyat mənfəəti 8 milyon 67 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan ehtiyatlara 7 milyon 562 min ayırdığından cari ilin ilk 6 ayını 506 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-iyun dövründə “Muğanbank” ASC-nin cəmi əməliyyat gəlirləri 28 milyon 490 min manat, cəmi əməliyyat xərcləri 27 milyon 722 min manat, əməliyyat mənfəəti 768 min manat, mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan məbləğ 212 min manat, xalis mənfəəti 556 min manat təşkil etmişdi.
ƏMƏLİYYAT MƏNFƏƏTİ KƏSKİN ARTIB
“Muğanbank”ın cəmi əməliyyat gəlirlərinin 11 milyon 749 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 4 milyon 450 min manat artıb. Nəticədə, Bankın əməliyyat mənfəətində 7 milyon 299 min manat və ya 10,5 dəfə artım baş verib.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2021-ci ilin sonu ilə müqayisədə, “Muğanbank” ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 27 milyon 535 min manat və ya 6,9% artaraq 30 iyun 2022-ci il tarixində 428 milyon 596 min manata çatıb. O cümlədən, biznes kreditləri portfeli 14 milyon 727 min manat artaraq 278 milyon 598 min manata, istehlak kreditləri portfeli 10 milyon 562 min manat artaraq 40 milyon 178 min manata, ipoteka kreditləri portfeli isə 2 milyon 246 min manat artaraq 109 milyon 807 min manata yüksəlib.
30 iyun 2022-ci il tarixində "Muğanbank" ASC 697 milyon 666 min manat cəmi aktivlərə malik olub.
"Muğanbank"da fiziki şəxslərin depozitləri 23 milyon 884 min manat və ya 8,5% aratarq 304 milyon 702 min manaat yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2022-ci il tarixində “Muğanbank” ASC 103 milyon 150 min manat məcmu kapitala malik olub. 31 Dekabr 2021-ci il tarixində Bank 101 milyon 866 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
“Azercell Telekom” qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir - 30 000 MANAT AYRILIB
Azərbaycanın “Olivea” zeytun yağı Rusiya Keyfiyyət Sisteminin testlərində lider markalar sırasında yer aldı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
23 saat sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
- 23 d. əvvəl
-
29 d. əvvəl
Mərkəzi Bank tərəfindən yoxlama prosesləri avtomatlaşdırılıb
-
33 d. əvvəl
Naxçıvanda biznesin genişlənməsi üçün 138 layihəyə 22 milyon manat güzəştli kredit ayrılıb
-
35 d. əvvəl
46 təqvim günündən az olmayaraq məzuniyyət verilən işçilərin siyahısı dəyişir
-
41 d. əvvəl
“Azercell Telekom” qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir - 30 000 MANAT AYRILIB
-
1 saat əvvəl
Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq
-
1 saat əvvəl
"Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər"
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
Naxçıvandan Türkiyəyə ixracın həcmi 25 faizə yaxıb artıb
Naxçıvanda biznesin genişlənməsi üçün 138 layihəyə 22 milyon manat güzəştli kredit ayrılıb
Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq
Azərbaycanın “Olivea” zeytun yağı Rusiya Keyfiyyət Sisteminin testlərində lider markalar sırasında yer aldı
Ən çox oxunanlar
Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir
Dekabrın 4-də gözlənilən hava şəraiti
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək
Kreditinizi Birbank-a gətirin, 3% Yeni il endirimi qazanın
Türkiyədə inflyasiya göstəricisində noyabr sürprizi: 30 ayın ən aşağı səviyyəsinə düşüb
















.jpg)


.jpg)





