“Bank Respublika”nın gəlirlərində və mənfəətində sıçrayış
“Bank Respublika” ASC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 12 milyon 511 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ilin eyni dövrünü 7 milyon 554 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bank Respublika”nın xalis mənfəəti 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 4 milyon 957 min manat və ya 65,6% artıb. Xalis mənfəətdəki artımın böyük hissəsi gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, “Bank Respublika” ASC-nin faiz gəlirləri 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 23 milyon 52 min manat və ya 58,6% artaraq 62 milyon 406 min manat, qeyri-faiz gəlirləri isə 7 milyon 250 min manat və ya 71% artaraq 17 milyon 453 min manat təşkil edib.
2022-ci ilin yanvar-iyun dövründə “Bank Respublika” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 79 milyon 859 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 65 milyon 336 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın əməliyyat mənfəəti 14 milyon 523 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan ehtiyatlardan 1 milyon 487 min manat azad olub və mənfəət 16 milyon 11 min manata yüksəlib. Bank 3 milyon 500 min manat mənfəət vergisi ödədiyindən cari ilin ilk 6 ayını 12 milyon 511 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-iyun dövründə “Bank Respublika” ASC-nin cəmi əməliyyat gəlirləri 49 milyon 557 min manat, cəmi əməliyyat xərcləri 45 milyon 381 min manat, əməliyyat mənfəəti 4 milyon 176 min manat, mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş məbləğ 3 milyon 377 min manat, xalis mənfəəti 7 milyon 554 min manat təşkil etmişdi.
ƏMƏLİYYAT MƏNFƏƏTİ 3 DƏFƏDƏN ÇOX ARTIB
“Bank Respublika”nın cəmi əməliyyat gəlirlərinin 30 milyon 302 min manat artmasına qarşılıq cəmi əməliyyat xərcləri 19 milyon 955 min manat artıb. Nəticədə, Bankın əməliyyat mənfəətində 10 milyon 347 min manat və ya 3,5 dəfə (248%) artım baş verib.
BANK DAHA DA BÖYÜYÜB
2021-ci ilin sonu ilə müqayisədə “Bank Respublika” ASC-nin cəmi aktivləri 145 milyon 546 min manat və ya 11,8% aratraq 30 iyun 2022-ci il tarixində 1 milyard 377 milyon 914 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 138 milyon 307 min manat və ya 19,2% artaraq 858 milyon 248 min manata yüksəlib. Bankın istehlak kreditləri porfeli 60 milyon 162 min manat artaraq 200 milyon 873 min manata, biznes kreditləri portfeli 72 milyon 364 min manat və ya 14% artaraq 589 milyon 312 min manata, ipoteka kreditləri portfeli isə 5 milyon 817 min manat və ya 9,4% artaraq 67 milyon 823 min manata çatıb.
2021-ci ilin sonu ilə müqayisədə “Bank Respublika”da sepozitlər 20 milyon 717 min manat və ya 2,6% artaraq 30 İyun 2022-ci il tarixində 822 milyon 283 min manat təşkil edib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2022-ci il tarixində “Bank Respublika” ASC 106 milyon 749 min manat məcmu kapitala malik olub. 31 Dekabr 2021-ci il tarixində Bank 104 milyon 484 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
28 d. əvvəl
Netflix-dən 45,2 milyard dollar gəlir - Gəlirləri 2025-ci ilin son rübündə 17,6 faiz artıb
-
42 d. əvvəl
Qızılın unsiyasının qiyməti 4800 dolları da keçdi - Yeni tarixi rekord
-
8 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
Tramp: İndi mən Venesuelanı sevirəm
Ən çox oxunanlar
İlham Əliyev Davosda panel iclasında iştirak edib
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
























