"AccessBank bir çox təşəbbüslər hazırlayır, 3 ildən sonra əsas oyunçu olacaq"- MÜSAHİBƏ
AccessBank-ın İdarə Heyətinin sədri David Tsiklauri: 3 ildən sonra AccessBank həm kiçik və orta biznesin maliyyələşdirilməsi, həm də pərakəndə satış üzrə əsas oyunçu olacaq.AccessBank bu il 20 illik yubileyini qeyd edir. İdarə Heyətinin sədri David Tsiklauri müsahibəsində Bankın 20 illik fəaliyyəti, hazırkı vəziyyəti, eləcə də gələcək planlar barədə danışıb.
-Cənab Tsiklauri, sizcə, AccessBank-ın son 20 ildə Azərbaycan bazarında inkişafına və uğur qazanmasına nə kömək edib?
-AccessBank-da yarım ilə yaxın işləyib bu qənaətə gəlmişəm ki, Bankın uğur düsturu onun insanları – komandamız, Müşahidə Şurası və səhmdarlarımızdır. Bazarın son illər üzləşdiyi bəzi çətinliklərə baxmayaraq, AccessBank-da işimizi səmərəli şəkildə həyata keçirmək üçün hər zaman enerjili və əzmkarıq. AccessBank həm də yüksək korporativ idarəetmə və şəffaflıq standartları ilə seçilir. Bu, 20 ildən artıqdır ki, bankın uğur və rifahının resepti olaraq qalır.
-Son 20 il ərzində AccessBank Azərbaycanda mikromaliyyələşdirmə mədəniyyətinin formalaşdırılması və daha da möhkəmlənməsinə böyük töhfələr verib. Yerli bazarda AccessBank üçün bu gün və yaxın gələcəkdə hansı imkanları görürsünüz?
-AccessBank Azərbaycanda mikromaliyyələşdirmə üzrə açıq-aşkar liderdir və biz bu seqmentdə mövqeyimizi qoruyub saxlamaq niyyətindəyik. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının yüksək inkişaf dinamikası ilə onun bütün sektorlarında mikro biznesin kreditləşdirilməsi üçün daha çox imkanlar yaranacaq. Kiçik və orta biznesi daha çox dəstəkləmək məqsədilə AccessBank bu seqmentin artan ehtiyaclarına yönəlmiş bir çox təşəbbüslər hazırlayır. Eyni zamanda, müştərilərin müxtəlif növ maliyyə sorğularına baxılma müddətini xeyli azaltmaq niyyətindəyik ki, onlar ehtiyac duyduqları vəsaitləri daha tez əldə edə bilsinlər.
Digər tərəfdən, pərakəndə satış seqmenti də AccessBank üçün çox maraqlıdır, çünki bazar bizə kifayət qədər mənimsənilmiş kimi görünmür. Müddətli əmanətlərin həcminə görə ən böyük banklardan biriyik. Bu o deməkdir ki, AccessBank-a güvənirlər. Biz pərakəndə satış seqmenti üçün təkliflərimizin çeşidini genişləndirmək niyyətindəyik ki, müştərilərimiz təkcə yığım deyil, həm də gündəlik həyatda bu təkliflərdən istifadə edə bilsinlər.
-İnkişaf etməkdə olan bazar reallıqları qısamüddətli planlaşdırmanı diktə edir, amma soruşmaq istərdim... AccessBank-ın 20 illik yubileyi mühüm mərhələdir. Bankı 30 illiyində necə təsəvvür edirsiniz?
Həqiqətən də sürətlə inkişaf edən regionda və daim böyüyən bazarda fəaliyyət göstəririk. Hər 4-5 ildən bir maliyyə institutlarının fəaliyyət göstərdiyi mühitə yetəri qədər təsir göstərən dəyişikliklər baş verir və biz baş verənlərə uyğunlaşmalıyıq. Məsələn, COVID-19 pandemiyası bizə heç vaxt ağlımıza gəlməyəcək şeylər öyrətdi.
Gəlin, Bankın 30 illik yubileyi haqqında deyil, daha qısa müddətdən danışım - deyək ki, 3 il sonra. Əminəm ki, 3 ildən sonra AccessBank həm kiçik və orta biznesin maliyyələşdirilməsi, həm də pərakəndə satış üzrə əsas oyunçu olacaq. Mən AccessBank-ı müştərilər üçün sadə və effektiv maliyyə məhsulları təqdim etmək üçün innovasiyalara sərmayə qoyan bank kimi görürəm.
-AccessBank-da işləməkdə ən çox nəyi bəyənirsiniz?
- Məmnun müştəriləri! Onları görmək çox xoşdur. Müştərilərimizi məmnun etmək üçün komandamızın daim təkmilləşdirməyə və reallaşdırmağa çalışdığı hər bir əməliyyatın pərdəarxası məqamları var. Komanda tərəfindən pərdəarxası işlərin düzgün qurulduğunun göstəricisi isə məhz həmin o məmnun müştərilərdir.
AccessBank komandası ilə istənilən planları həyata keçirmək olar. Ətrafımda həmfikir insanlar görmək və onlarla işləmək çox xoşdur.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
- 1 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)
