Azərbaycan Prezidenti FAO-nun baş direktorunu videoformatda qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Sabahınız xeyir.
Qu Donqyu: Sabahınız xeyir, möhtərəm Prezident.
Prezident İlham Əliyev: Cənab Baş direktor və nümayəndə heyətinin üzvləri, xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Çox şadam ki, nümayəndə heyətinizlə birlikdə ölkəmizdə səfərdəsiniz.
Biz FAO ilə Azərbaycan arasında tərəfdaşlığın səviyyəsindən çox məmnunuq. Yeddi il əvvəl imzalanmış razılaşma faktiki olaraq əməkdaşlığımızın yeni formatını yaratdı. Ümidvarıq ki, qarşıdakı illərdə biz bu səmərəli tərəfdaşlığı davam etdirəcəyik, xüsusilə indi - hər bir ölkə, o cümlədən Azərbaycan üçün ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi bu çətin zamanda. Çünki kənd təsərrüfatı məhsullarının ixracında artım olduğuna baxmayaraq, biz hələ də kənd təsərrüfatı məhsullarını idxal edirik. Ona görə də, düşünürəm ki, bu, bizim ərzaq təhlükəsizliyi ilə bağlı gələcək planlarımızı, ümumi regional inkişafı müzakirə etmək və yeni çağırışları həll etmək baxımından vacibdir.
Görüşümüz zamanı qaldırmaq istədiyim məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı planlarımızdır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində hazırda biz infrastrukturun, o cümlədən kənd təsərrüfatının inkişafı baxımından həmin torpaqların işlənilməsinin aktiv mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin fərqli təbiəti, iqlim qurşaqları və həm yerli istehlak, həm də ixrac üçün istehsalımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılması mərhələsindəyik və ona görə də sizin dəyərli tövsiyələriniz yüksək qiymətləndiriləcək.
Ümumilikdə Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir. Çünki, birincisi, hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur ki, bu, bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın mühüm hissəsini təşkil edir. Bu ilin üç ayı ərzində Azərbaycanda qeyri-enerji ixracında artım 45 faiz olub. Əlbəttə ki, bu, məşğulluq baxımından əhəmiyyətlidir. Çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Ona görə də bu insanlar üçün kənd təsərrüfatı əsas gəlir mənbəyidir. Siz yəqin ki, bizim islahatlarımızdan, hökumətin fermerlərə verdiyi subsidiyalardan, dəstəkdən xəbərdarsınız. Fermerlər hər hansı vergidən, o cümlədən torpaq vergisindən azaddırlar. Həmçinin biz fermerlərə güzəştli, aşağı faizlərlə kreditlər veririk. Bütün bunlar kənd təsərrüfatının sürətli inkişafı üçün imkanlar yaradır. Lakin, əlbəttə ki, biz xüsusilə indi, ərazilər işğaldan azad ediləndən sonra hər şeyi düzgün planlaşdırmalı və müasir texnologiyalar tətbiq etməliyik.
Beləliklə, müzakirə edilməli çox məsələlər olacaq. Mən həqiqətən də çox şadam ki, söhbət etmək və birlikdə görə biləcəyimiz başqa işlərə nəzər salmaq imkanımız var. Bir daha xoş gəlmisiniz. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Qu Donqyu: Təşəkkür edirəm, möhtərəm Prezident. Həmçinin mən Sizin çoxşaxəli, gözəl, əlverişli mövqedə yerləşən ölkənizə səfərə gəldiyimə görə çox şadam. Bu, nadir ölkədir. Çox şadam ki, Sizin ölkənizdə səfərdəyəm, təkcə ona görə yox ki, nadir mövqedə yerləşirsiniz, həm də ona görə ki, ərzaq sistemləri və kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Tərəfinizdən də güclü dəstəklənən aqroelektron ticarət və ya rəqəmsal kənd təsərrüfatı və ərzaq, habelə kənd yerlərinin rəqəmsal inkişafı xüsusi əhəmiyyətə malikdir. Mən bu təşəbbüsləri dünyada təşviq etmək və təşkilata üzv olan, ərazi baxımından Azərbaycan kimi ölkələrlə paylaşmaq istərdim.
Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” mövzusunda beynəlxalq konfransın önəmini vurğulayan Qu Donqyu ölkəmizə səfər edərək bu tədbirdə şəxsən iştirak etməsindən məmnunluğunu bildirdi.
FAO-nun baş direktoru dedi: “Beləliklə, hesab edirəm ki, bu, bizim üçün Sizdən, həmkarlarınızdan öyrənmək baxımından yaxşı fürsətdir”.
Müştərilərin xəbərləri

Li Auto - nun qlobal rəhbərliyindən sərt qərar – Rəsmi olmayan avtomobillər tamamilə bloklanacaq, bütün funksiyalar dayandırılacaq!
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 16 saat sonra
-
5 saat əvvəl
Şirkət audit olunmuş maliyyə hesabatlarına malik olmadığı üçün Listinqə alınmadı
-
-
5 saat əvvəl
15 min 343 yerlik yeni stadion - sentyabrın 28-dən III MDB Oyunlarına ev sahibliyi edəcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
27 milyon manatlıq orqanik gübrə istehsalı zavodunun təməli qoyuldu - 200 nəfər işlə təmin olunacaq
-
6 saat əvvəl
Dələduzlardan qorunun: Sizi necə aldadırlar və nə etməlisiniz?
-
7 saat əvvəl
“Hacıkənd” istirahət kompleksi tikilir - Prezident və birinci xanım tikintisi ilə tanış oldular
-
7 saat əvvəl
BOKT-ın illik gəlirliliyi 18% olan 1 milyon manatlıq istiqrazlarına 51 investor maraq göstərib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Gəncədə bazalt məhsullarının istehsalı müəssisəsinin təməli qoyuldu
-
8 saat əvvəl
Sumqayıtda 1176 yerlik məktəb 4,4 milyon manata əsaslı təmir ediləcək - QALİB ŞİRKƏT
Son Xəbərlər

Ən ucuz uçuş və otel təklifləri bir platformada

15 min 343 yerlik yeni stadion - sentyabrın 28-dən III MDB Oyunlarına ev sahibliyi edəcək

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib

Dələduzlardan qorunun: Sizi necə aldadırlar və nə etməlisiniz?

BOKT-ın illik gəlirliliyi 18% olan 1 milyon manatlıq istiqrazlarına 51 investor maraq göstərib

Gəncədə bazalt məhsullarının istehsalı müəssisəsinin təməli qoyuldu
Ən çox oxunanlar

Sumqayıtda 1176 yerlik məktəb 4,4 milyon manata əsaslı təmir ediləcək - QALİB ŞİRKƏT

Prezident və birinci xanım Gəncə şəhərində olublar

“Regional Su Meliorasiya Xidməti” "Tegeta Motors Baku" şirkətini seçib - 1,6 milyon manatlıq müqavilə

Azərbaycandan sement ixracı artıb

Sabahın hava proqnozu açıqlanıb

30-dan çox startap vençur fondları vasitəsilə investisiya əldə edib
