İnvestisiya şirkətlərinin xalis mənfəəti 60% artıb
2026-cı ilin 1-ci yarımili ərzində investisiya şirkətlərinin balans göstəricilərində artım müşahidə olunmuşdur. 2025-ci ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 2% (2 mln. manat) artaraq 123 mln. manat, öhdəlikləri isə 9% (6 mln. manat) artaraq 70 mln. manat təşkil etmişdir.
Marja.az xəbər verir ki, bu, 2026-cı ilin 1-ci yarısının sonuna olan məlumatlar əsasında hazırlanmış Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Qeyd edilib ki, dövr ərzində investisiya şirkətlərinin müştəri aktivləri kiçilmişdir. 2026-cı ilin 1-ci yarımili ərzində investisiya şirkətlərinin müştəri aktivləri 18% (472 mln. manat) azalaraq 2.1 mlrd. manata çatmışdır. Müştəri aktivlərində azalmanın əsas drayveri xarici bazarda broker xidmətləri olmuşdur. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 25% (552 mln. manat) azalaraq 1.7 mlrd. manat təşkil etmişdir.
İnvestisiya şirkətlərinin xalis mənfəətində, o cümlədən kapitalın gəlirlik göstəricisində artım müşahidə olunmuşdur. Belə ki, 2026-cı ilin 1-ci yarımili ərzində investisiya şirkətlərinin xalis mənfəəti 60% (0.9 mln. manat) artaraq 2.4 mln. manat olmuşdur. İnvestisiya şirkətlərinin xalis mənfəəti əsasən artan müştəri sifarişləri və portfel idarəedilməsi gəlirləri hesabına formalaşmışdır.
nvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. 2026-cı ilin 1-ci yarımilinə investisiya şirkətləri üzrə məcmu kapital 51.2 mln. manat, tələb olunan kapital isə 8.7 mln. manat təşkil etmişdir ki, bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olduğunu göstərir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Müştərilərin xəbərləri
Davamlı inkişaf və yenidənqurma missiyası ilə "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir ®
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
-
21 saat sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
17 saat sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
16 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 50 d. əvvəl
- 53 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb
-
1 saat əvvəl
Azərbaycanda əhalinin borc yükü son illərin ən yüksək səviyyəsinə çatıb
-
1 saat əvvəl
Azərbaycanda bank kreditləri qeyri-neft iqtisadiyyatından iki dəfə sürətlə artıb
-
2 saat əvvəl
Kapital Bankın xalis mənfəəti 297 milyon manata çatıb – 30%-ə yaxın artım
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda mənzil öz qiymətini kirayə ilə 23 ilə çıxarır
İnvestisiya şirkətlərinin xalis mənfəəti 60% artıb
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb
Ən çox oxunanlar
ABB-yə depozit axını
Azərbaycanda əhali 9 ayda alış-verişə 50,8 milyard manat xərcləyib – Ən çox alınan mallar açıqlanıb
Davamlı inkişaf və yenidənqurma missiyası ilə "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir ®
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”























