"Biz razılaşdırılmış məsələlərin üzərində işləməliyik. Mənim səfərimin məqsədi bundan ibarətdir"
"Mən Sizin növbəti addımları nədə gördüyünüzü eşitmək və Avropa İttifaqı olaraq normallaşma prosesini dəstəkləmək, əhatəli nizamlanma istiqamətində çalışmaq üçün nə edə biləcəyimizi öyrənmək üçün bu gün burada olacağam, həftənin ikinci yarısında isə İrəvana gedəcəyəm".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Avropa İttifaqının nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib:
- Sizi bir daha görməyə çox şadam. Şadam ki, Brüsseldəki görüşümüzdən sonra bizi ziyarət edirsiniz. Çox konstruktiv, yaxşı nəticələri və nailiyyətləri olan üçtərəfli görüşdən sonra artıq iki həftə keçib. Səylərinə, bizə çox mühüm məsələləri müzakirə etmək və normallaşma prosesinin başlanğıcı ilə bağlı razılığa gəlmək imkanı verən ab-hava yaratdığına görə Prezident Şarl Mişelə minnətdarlığımı çatdırmağı sizdən xahiş edirəm. Düşünürəm ki, bu, başlanğıc nöqtəsi idi. Çünki biz sərhəd üzrə komissiyaların və eyni zamanda, sülh sazişi üzrə işçi qrupların yaradılması barədə razılığa gəldik. Biz bununla bağlı əvvəllər də danışırdıq və bildiyiniz kimi, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Azərbaycanın mövqeyi həmişə ondan ibarət idi ki, biz sülh sazişi ilə bağlı danışıqlara başlamalıyıq. Hesab edirəm ki, rəsmi başlanğıc nöqtəsi aprelin 6-da Brüsseldə baş tutdu. O vaxtdan bəri biz işləyirdik, Xarici İşlər Nazirliyi çalışırdı və mənim administrasiyam sizin komandanızla təmasda idi və biz razılaşdığımız kimi, başlamaya hazırıq. Hesab edirəm ki, bu irəliləyişi davam etdirməyimiz və hər iki tərəfin razılaşmalara riayət etməsi mühüm əhəmiyyət kəsb edir.
Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri də Azərbaycanla və Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalar məsələsidir. Mən həm dəmir yolunu, həm də avtomobil yolunu nəzərdə tuturam. Çünki dəmir yolu ilə bağlı mən Prezident Mişelə məlumat verdim ki, biz dəmir yolunun Azərbaycan ərazisində 100 kilometrdən artıq 60 kilometrlik hissəni tikmişik və tikintini gələn il tamamlayacağıq. Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə bilməsini göstərir.
Avtomobil yoluna gəldikdə, Azərbaycan tərəfindən fəal tikinti işləri gedir və yolun böyük hissəsi artıq inşa olunub. Biz, həmçinin ümid edirik, yəqin ki, növbəti ilin sonuna kimi avtomagistralı Ermənistan sərhədinə çatdıracağıq. Lakin təəssüf ki, Brüssel görüşü zamanı Ermənistanın baş naziri coğrafi koordinatları qeyd etməmişdir. Mən fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu məsələni qaldırdım, lakin cavab olmadı. Aprelin 6-da mən yenidən yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin cavab olmadı. Ümidvaram ki, tezliklə onu əldə edəcəyik.
Lakin mən ümumilikdə Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm. Mən bunu aprelin 12-də ictimaiyyətə açıqladım. Növbəti gün Ermənistanın baş naziri də normallaşma prosesi və Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etməsi barədə açıq şəkildə danışdı. Bu, prosesdə həqiqətən də daha bir dönüş nöqtəsidir. Düşünürəm ki, müsbət şərhlərdir. İndi hər iki tərəfin bu rəsmi açıqlamasından sonra biz ciddiyyətimizi masa üzərində sübuta yetirməliyik. Burada biz Avropa İttifaqının, xüsusilə də artıq prosesə dərindən cəlb olunmuş Prezident Şarl Mişelin səylərinə çox ümid edirik. O, artıq prosesə çox yaxşı bələddir. Düşünürəm ki, bu, uğurlu danışıqlar üçün çox ümidverici mühit yaradır. Beləliklə, biz bu gün bunu daha ətraflı şəkildə müzakirə edəcəyik. Sadəcə, bizim mövqeyimizə görə, Brüsseldə baş verənlərlə və aprelin 6-dan sonra baş verən hadisələrlə bağlı rəsmi mövqeyimizi ifadə etmək istədim.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib:
-Təşəkkür edirəm, cənab Prezident. Həmçinin Prezident Mişel də Sizə ən xoş arzularını çatdırır. Qeyd etdiyiniz kimi, o, prosesə və prosesin dəstəklənməsinə çox sadiqdir. Onun fikri, bizim fikrimiz ondan ibarətdir ki, Brüsseldəki görüş çox uğurlu oldu. Qeyd etdiyiniz kimi, biz razılaşdırılmış məsələlərin həyata keçirilməsi və davam etdirilməsinin təmin olunması üzərində işləməliyik. Mənim səfərimin məqsədi bundan ibarətdir. Mən Sizin növbəti addımları nədə gördüyünüzü eşitmək və Avropa İttifaqı olaraq normallaşma prosesini dəstəkləmək, əhatəli nizamlanma istiqamətində çalışmaq üçün nə edə biləcəyimizi öyrənmək üçün bu gün burada olacağam, həftənin ikinci yarısında isə İrəvana gedəcəyəm.
Müştərilərin xəbərləri

Li Auto - nun qlobal rəhbərliyindən sərt qərar – Rəsmi olmayan avtomobillər tamamilə bloklanacaq, bütün funksiyalar dayandırılacaq!
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 14 saat sonra
-
7 saat əvvəl
Şirkət audit olunmuş maliyyə hesabatlarına malik olmadığı üçün Listinqə alınmadı
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
7 saat əvvəl
15 min 343 yerlik yeni stadion - sentyabrın 28-dən III MDB Oyunlarına ev sahibliyi edəcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
27 milyon manatlıq orqanik gübrə istehsalı zavodunun təməli qoyuldu - 200 nəfər işlə təmin olunacaq
-
8 saat əvvəl
Dələduzlardan qorunun: Sizi necə aldadırlar və nə etməlisiniz?
-
9 saat əvvəl
“Hacıkənd” istirahət kompleksi tikilir - Prezident və birinci xanım tikintisi ilə tanış oldular
-
9 saat əvvəl
BOKT-ın illik gəlirliliyi 18% olan 1 milyon manatlıq istiqrazlarına 51 investor maraq göstərib
- 9 saat əvvəl
-
10 saat əvvəl
Gəncədə bazalt məhsullarının istehsalı müəssisəsinin təməli qoyuldu
-
10 saat əvvəl
Sumqayıtda 1176 yerlik məktəb 4,4 milyon manata əsaslı təmir ediləcək - QALİB ŞİRKƏT
Son Xəbərlər

Ən ucuz uçuş və otel təklifləri bir platformada

15 min 343 yerlik yeni stadion - sentyabrın 28-dən III MDB Oyunlarına ev sahibliyi edəcək

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib

Dələduzlardan qorunun: Sizi necə aldadırlar və nə etməlisiniz?

BOKT-ın illik gəlirliliyi 18% olan 1 milyon manatlıq istiqrazlarına 51 investor maraq göstərib

Gəncədə bazalt məhsullarının istehsalı müəssisəsinin təməli qoyuldu
Ən çox oxunanlar

Sumqayıtda 1176 yerlik məktəb 4,4 milyon manata əsaslı təmir ediləcək - QALİB ŞİRKƏT

Prezident və birinci xanım Gəncə şəhərində olublar

“Regional Su Meliorasiya Xidməti” "Tegeta Motors Baku" şirkətini seçib - 1,6 milyon manatlıq müqavilə

Azərbaycandan sement ixracı artıb

Sabahın hava proqnozu açıqlanıb

30-dan çox startap vençur fondları vasitəsilə investisiya əldə edib
