Ukrayna Rusiyanı cavab zərbəsi ilə hədələyib
Zelenski administrasiyası Rusiya Müdafiə Nazirliyinin Kiyevdəki hökumət binalarına zərbə endirəcəyi ilə bağlı təhdidlərinə cavab verib.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç müsahibəsində bildirib ki, Ukrayna belə vəziyyətə hazırdır.
“Üstəlik, onların xarakterini bildiyim üçün heç şübhəm yoxdur ki, onlar sülh sazişinin bağlanmasına son gündə zərbə vuracaqlar, bu, Kremldir. Amma onlar həm də qərarların qəbul olunduğu rəhbər orqanlara zərbə vuracaqlarını bildiriblər. Ukraynanın hüquq-mühafizə orqanlarının bütün mərkəzi aparatları, Ali Rada, bəlkə Nazirlər Kabinet, və ya Prezident Aparatı... Biz hər zaman buna hazırıq, vurun görək”, - o deyib.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Rusiyanın belə zərbələr endirəcəyi halda ona cavab veriləcəyini vurğulayıb və əlavə edib ki, Ukraynanın reaksiya vermək üçün “mükəmməl” imkanları var.
“Rusiyanı vurmaq üçün əla imkanlarımız var. Və hələ ki biz onlardan istifadə etmirik. Hər hansı bir müharibədə onun eskalasiya dərəcəsi var. Əgər eskalasiyanı artırmaq istəyirsinizsə, gəlin artıraq”, – Arestoviç bildirib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 4 gün sonra
-
33 d. əvvəl
Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin
-
40 d. əvvəl
Qiymətləndiricilər Palatası: İyunda avtomobil bazarında qiymətlər sabit qalıb
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bank Melli İran”ın Bakı filialı daha az qazanıb - Xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
SOCAR və “Technip Energies Italy S.p.a.” anlaşdı
İyulun 10-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Naxçıvanın yeni turizm inkişaf strategiyası hazırlanır
Xalq Bankın Xankəndi filialı fəaliyyətə başladı
Hadrut qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
Turizm haqqında yeni qanun layihəsi hazırlanıb






















