Azərbaycanda illik və aylıq inflyasiya açıqlandı
Bu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1% bahalaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,1% bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 1,3% ucuzlaşıb.
Ay ərzində düyü, kərə yağı, pendir, meyvə şirəsi, spirtli içkilər, qəhvə, çay və kakao, soğan, kartof, yerkökü, balqabağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, manna və qarabaşaq yarması, mal, qoyun və toyuq əti, balıq məhsulları, süd, yumurta, günəbaxan və qarğıdalı yağları, şəkər və şəkər tozu, tütün məmulatları, pomidor, xiyar, göyərti, kələm, badımcanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
May ayında aprel ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, minik avtomobilləri üçün ehtiyat hissələri, dəftərxana ləvazimatları, zərgərlik məmulatları, tozsoranlar, velosipedlər, televizorlar, fərdi və planşet tipli kompüterlər, inşaat materiallarından kərpicin, sement, su və kanalizasiya boruları, metal kirəmit və keramik plitələrin qiymətlərində bahalaşma, laminat parket, pəncərə şüşəsi, sulu boya, keramik plitə yapışdırıcısı, mobil telefonlar, noutbuklar qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
May ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən istehlak həcmi limitdən artıq olan abonent qrupu üzrə təbii qaz təchizatı, respublikadan kənarda istirahət turları, dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri, mənzillərin icarə haqqı, məişət cihazları, avtomobillər, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətləri, stomatoloji xidmətlərin qiymətlərində bahalaşma müşahidə olunub, digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 43 d. sonra
- 4 d. əvvəl
- 1 saat əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur






















