Gömrük Komitəsi Aprelin ixrac rəqəmini artırıb
Dövlət Gömrük Komitəsinin hər ay açıqladığı ixrac və idxal rəqəmləri bir-birindən fərqlənməyə başlayıb.
“Marja” xəbər verir ki, Komitə May ayında açıqladığı aylıq hesabatda Azərbaycanın Apreldə ixracının 824 milyon 459.67 min dollar olduğunu göstərmişdi. İyun ayında açıqlanan hesabatda isə Apreldəki ixrac 941 milyon 578 min dollar göstərilib. Yəni, Aprel ayının ixrac rəqəmi 117 milyon 119 min dollar artırılıb. Nəticədə də, Aprel ayında ticarət dövriyyəsi 1 milyard 467 milyon dollardan 1 milyard 584 milyon dollara yüksəlib, müsbət saldo da 182 milyon 196 min dollardan 299 milyon 273 min dollara qalxıb.
Mart ayının ixrac rəqəmi isə 880 milyon 19.93 min dollardan 879 milyon 804 dollara dəyişdirilib.
Qeyd edək ki, indiyədək Dövlət Gömrük Komitəsinin statistikasında açıqladığı “İxrac və idxal əməliyyatlarının dinamikası”nda belə fərq yaranmamışdı.
Dünya təcrübəsində, açıqlanan ilkin və yekun statistikalar mövcudur. Adətən yekun rəqəmlər ilkin rəqəmlərdən fərqlənir.
Dövlət Gömrük Komitəsinin Mətbuat Komitəsindən “Marja”ya bildirildi ki, aylıq ixrac rəqəmlərindəki dəyişiklik gömrük bəyannamələrində edilən düzəlişlər ilə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 47 d. sonra
- 1 saat əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM





















