Coca-Cola-nın “Tullantısız Dünya” proqramı çərçivəsində Bakı restoranlarında ekoloji layihə keçirilir
Coca-Cola şirkəti, “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADA Universitetinin və "AzEkol" QSC-nin birgə əməkdaşlığı ilə Bakının bir sıra restoranlarında plastik tullantıları toplamaq üçün ekoloji layihəyə start verib. Bu layihə Coca-Cola şirkətinin “Tullantısız Dünya” proqramının tərkibində icra olunur.
Layihənin icra olunmasında məqsəd istifadə olunmuş plastikləri təkrar emala yönləndirmək və bu xammalın ətraf mühitə təsirini azaltmaqdır.
“Tullantısız Dünya” proqramı çərçivəsində 2025-ci ilə qədər Coca-Cola məhsullarında istifadə olunan qablaşdırmanı 100% təkrar emal edilə bilən hala gətirməyi və 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir. Eyni zamanda, proqram Coca-Cola-nın fəaliyyət göstərdiyi ölkələrin ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün də müxtəlif yerli layihələrə dəstək olur.
Hazırda həyata keçirilən pilot layihəyə iki ay ərzində Bakı şəhərinin müxtəlif yerlərindən 10-a yaxın restoran cəlb edilib. Həmçinin, Bakının iri ticarət mərkəzlərindən biri olan Gənclik Mall-da layihəyə qoşulub. Layihə çərçivəsində istifadə olunmuş plastik tullantıların toplanması üçün restoranlara, eyni zamanda, Mall ərazisinə qutular yerləşdirilib, həmçinin insanların maarifləndirilməsi üçün müxtəlif məlumatlandırıcı vasitələr paylanılıb.
Coca-Cola Azərbaycan şirkətinin baş direktoru Rəna Məmmədova ölkədə ətraf mühitin yaxşılaşdırılmasına töhfə verməyə davam etdiklərini bildirib: “Coca-Cola sosial məsuliyyətli şirkət olaraq fəaliyyət göstərdiyi 200-dən çox ölkədə insanların ekologiyaya həssas yanaşmasını və təbiəti qorumağın önəmini təbliğ etmək üçün müxtəlif layihələr həyata keçirir, işlər görür. Azərbaycanda da növbəti layihəmiz məhz “Tullantısız Dünya” proqramı çərçivəsində baş tutur. Digər müəssisələrin də bu layihəyə qoşularaq plastiklərin təkrar emala yönləndirilməsini irimiqyaslı formaya gətirməklə faydalılığımızı daha da artıra bilərik”.
Qeyd edək ki, bundan əvvəl Coca-Cola şirkəti “Tullantısız Dünya” proqramı çərçivəsində “ASAN Könüllüləri” Təşkilatı və ADA Universiteti ilə birgə "Təmiz Ölkəm" ekoloji layihəsini həyata keçirib. Şirkət həmçinin, “ASAN Könüllüləri” Təşkilatı ilə birgə “Təmiz Sumqayıt” layihəsinin də əsas təşkilatçılarından və dəstəkçilərindəndir. Layihələr insanlar arasında maariflәndirmә işləri aparmaq, cəmiyyətdə təkrar istehsal ənənəsini formalaşdırmaq, plastik qabların toplanaraq tәkrar istehsala göndәrilməsini təbliğ etmək işini görüb.
Coca-Cola şirkəti “Tullantısız Dünya” proqramına uyğun olaraq Azərbaycanda son 10 il ərzində keçirdiyi “Xəzəri Qoruyaq” adlı birgünlük sahilyanı təmizlik aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektaradək ərazisi təxminən 40 ton məişət tullantısından təmizlənib.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
2 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 24 d. əvvəl
-
33 d. əvvəl
Tanınmış geyim brendi Bakıda 2 min 400 kvadratmetrlik mağaza açıb
-
47 d. əvvəl
Rubio: Tramp İranla müharibəni sülh yolu ilə bitirmək istəyir
-
1 saat əvvəl
Chery rəhbərindən xəbərdarlıq: “Çinin avtomobil istehsalçılarının təxminən 90 faizi zərərlə işləyir”
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Ford”un mənfəəti 17% azalıb, gəlirləri geriləyib – Şirkət 2027-ci il üçün proqnozunu açıqlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Tanınmış geyim brendi Bakıda 2 min 400 kvadratmetrlik mağaza açıb
Chery rəhbərindən xəbərdarlıq: “Çinin avtomobil istehsalçılarının təxminən 90 faizi zərərlə işləyir”
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
“Ford”un mənfəəti 17% azalıb, gəlirləri geriləyib – Şirkət 2027-ci il üçün proqnozunu açıqlayıb
Neft bazarı üçün mühüm qərar
Rəsmi məzənnələr açıqlandı
Qlobal bank neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırdı
Qızılın qiyməti bir ilin minimum səviyyəsindən cüzi yüksəlib – Qızıl bazarında 18 ilin ən pis oktyabr ayı
Noyabrın 2-də gözlənilən hava şəraiti






















