ABŞ, vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı - "Hərbi əməliyyat xəbərdarlıq edilmədən başlaya bilər"
"Ukraynadakı ABŞ vətəndaşları bilməlidirlər ki, Rusiya Ukraynanın istənilən yerində hərbi əməliyyatlara başlasa, ABŞ hökuməti onları təxliyyə etməyəcək. Hərbi əməliyyat istənilən vaxt və xəbərdarlıq edilmədənbaşlaya bilər".ABŞ Dövlət Departamenti Rusiya ilə Ukrayna arasında gərginliyin artması səbəbindən 23 yanvar 2022-ci ildə etdiyi Ukraynaya səyahət xəbərdarlığını yeniləyib.
"Xarici İşlər Nazirliyi Rusiyanın hərbi əməliyyatlarının artan təhdidləri ilə bağlı məlumatları yeniləmək üçün Ukrayna üçün Səyahət Xəbərdarlığını yenidən dərc edib", - xəbərdarlıqda deyilir.
ABŞ-ın Kiyevdəki səfirliyində çalışan diplomatların ailələrinə Ukraynanı tərk etmək əmri verildiyi vurğulanan xəbərdarlıqda aşağıdakılar qeyd olunub:
"Rusiyanın hərbi əməliyyatları təhlükəsi və Covid-19 riskinin artması səbəbindən Ukraynaya səyahət etməyin; Ukraynada olanlar indi kommersiya və ya şəxsi vasitələrlə ölkəni tərk etməlidirlər. Ukraynada qalsanız, cinayətə, vətəndaş iğtişaşları və Rusiyanın hərbi müdaxiləsi ilə mümkün müharibə vəziyyətlərinə hazırlıqlı olun. Bəzi ərazilərdə risk artıb”.
“Təhlükəsizlik şəraiti gözlənilməzdir və hər an pisləşə bilər, xüsusən də Ukrayna sərhədləri boyunca, Rusiyanın işğal etdiyi Krımda və Rusiyanın nəzarəti altında olan Ukraynanın şərqində”, - xəbərdarlıqda deyilir.
Xəbərdarlıqda mümkün hərbi əməliyyatda ABŞ-ın Ukraynadakı diplomatik fəaliyyətlərinin də təsirlənəcəyi bildirilib. “Ukraynadakı ABŞ vətəndaşları bilməlidirlər ki, Rusiya Ukraynanın hər hansı bir yerində hərbi əməliyyata başlasa, onlar ABŞ hökuməti tərəfindən təxliyyə edilməyəcək. Hərbi əməliyyat istənilən vaxt və xəbərdarlıq edilmədən başlaya bilər" ifadələrdən istifadə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 4 gün sonra
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda turizm sahəsində yeni subsidiya mexanizmləri tətbiq ediləcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABDF ilk 6 ayda sahibkarlara 136,5 milyon manat güzəştli kredit verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
6 ayda 2242 nəfərə ipoteka krediti verilib
Süni intellekt üçün internet Bakcelldən
Cənubi Koreya və Yaponiya uşaq sayının ən az olduğu ölkələrdir
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
AZAL: İlk 6 ayda 5% artımla 1,9 milyon sərnişinə xidmət göstərmişik






















