Rəsul Quliyev Prezident İlham Əliyevi təbrik etdi
Gələcək Azərbaycan Partiyasının fəxri üzvü, Milli Məclisin sabiq sədri Rəsul Quliyev Prezident İlham Əliyevi təbrik edib.
Hörmətli Cənab Prezident.
Bu gün Sizin yubiley doğum gününüzdür. Düşünürəm ki, bu günü digər illərdə qeyd etdiyiniz doğum günlərindən fərqləndirən bir sıra xüsusi cəhətlər mövcuddur. Ancaq ən önəmli cəhət odur ki, Siz 60 illik yubileyinizi qalib xalqın və qalib ordunun müzəffər Ali Baş Komandanı kimi qeyd edirsiniz. Əminəm ki, bu Sizin üçün çox qürurverici və unudulmaz yubiley olacaqdır. Sizi yubileyiniz münasibətilə öz adımdan, ailəm adından, fəxri üzvü olduğum Gələcək Azərbaycan Partiyasının sədri, nümayəndəm Ağasif Şakiroğlu adından səmimi qəlbdən təbrik edirəm.
Hörmətli cənab Prezident, 2020-ci ilin noyabrından etibarən Azərbaycan Respublikasının inkişafının yeni erasına start verildi. Hesab edirəm ki, torpaqlarımızın işğaldan azad edildiyi gün ölkənin real müstəqillik günüdür. Azərbaycan tarixində heç bir zaman 44 günlük Vətən müharibəsi kimi şanlı səhifə yazılmamışdı. Tək mən yox, böyük əksəriyyət Azərbaycanın öz torpaqlarını nəinki 44 günə, ümumiyyətlə heç 10 ilə azad edə biləcəyinə inanmırdı. 44 günlük şanlı Vətən müharibəsi dövründə Sizin Ali Baş Komandan kimi sərkərdəlik fəaliyyətiniz, həftədə ən azı 3 dəfə dünyanın ən tanınmış TV-lərinə verdiyiniz müsahibələr, xalqa etdiyiniz çoxsaylı müraciətlər və kritik vəziyyətlərdə sərgilədiyiniz diplomatik mövqe Sizin problemi necə dərindən analiz etdiyinizə və onun həll yollarının necə olacağını mükəmməl bildiyinizə dəlalət edirdi.
Hörmətli Cənab Prezident, düşünürəm ki, 2016-cı ildə erməni işğalçılarına qarşı ilk sınaq döyüşləri 2020-ci ilin sentyabr uğurlarına aparan yolun başlanğıcı oldu. Müharibəyə qədər Sizin Birinci vitse-prezidentlə birlikdə təşkil etdiyiniz beynəlxalq incəsənət, musiqi festivalları, Avropa Olimpiadası, Formula-1 yarışları, Avroviziya müsabiqəsi və bu kimi digər mühüm beynəlxalq əhəmiyyətli tədbirlər çox qısa bir zamanda Azərbaycanı dünyada tanıtmış, beynəlxalq əhəmiyyətli bir ölkəyə çevirmişdir. Azərbaycan neft ölkəsi kimi tanınmaq pərdəsini yırtdı, dünyaya yeni və mühüm bir pəncərə açmış oldu. Bütün bunlar Sizin apardığınız uğurlu və çox düzgün siyasətinizin nəticəsi idi.
Hörmətli cənab Prezident, Sizin 44 günlük Vətən müharibəsindən öncə ölkədə başladığınız islahatlar, xüsusilə də dövlət idarəetməsində kadr islahatları (müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici işlər, prokurorluq orqanlarında və ən başlıcası isə Prezident Administrasiyasında) zəfərimizdə çox böyük əhəmiyyət kəsb edirdi. Eyni zamanda apardığınız islahatlar dalğasının davamı olaraq ölkədə məmur elitasının gəncləşdirilməsi müasir Azərbaycanda yeni inkişaf mərhələsinin təməlini qoymuş oldu.
Hörmətli cənab Prezident, Sizin ad gününüzü ürəkdən təbrik edirəm. Hesab edirəm ki, irəlidə dövlətimizin parlaq gələcəyi üçün xeyli görüləsi işlər var. Azad edilmiş torpaqları inkişaf etdirmək, bu torpaqlar hesabına ölkədə aqrar sektor məhsullarını azı 2 dəfə artırmaq, hərbi sənaye zavodları inşa etmək, konstitusiya islahatları həyata keçirmək və bir çox digər dövlətimiz üçün mühüm olan işləri görmək Sizin payınıza düşür. Əminəm və inanıram ki, Azərbaycan tarixində itirilmiş torpaqları geri qaytarmış ilk müzəffər Ali Baş Komandan kimi bu işləri də zəfər əldə etmiş dövlətin Prezidenti olaraq məharətlə həyata keçirməyə nail olacaqsınız.
Sizi bir daha yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı, ailə səadəti arzulayır, dövlətimizin parlaq gələcəyi istiqamətində görəcəyiniz fəaliyyətdə uğurlar diləyirəm.
Doğum gününüz mübarək olsun!
Böyük hörmət və ehtiramla,
Rəsul Quliyev”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
- 1 d. əvvəl
-
4 d. əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
-
16 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
21 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
21 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
21 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
22 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ







.jpg)








.jpg)





