Binalar boşalır – İPOTEKA BÖHRANI

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Bakı və Xırdalanda ipoteka krediti ilə alınmış mənzillər ya şirkətə geri qaytarılır ya da satışa çıxardılır.
“Marja” xəbər verir ki, əmlak saytlarında ipotekada olan mənzillərin satışı elanları kəskin artıb. Səbəb maddi vəziyyəti pisləşən ailələrin aylıq kredit borclarını ödəyə bilməmələridir.
Yaşayışa yeni təhvil verilmiş yaşayış komplekslərinin sakinləri bildirirlər ki, mənzillər boşalır. Son 2 ayda mənzilindən imtina edənlərin sayı kəskin artıb.
Manatın devalvasiyalarına qədər və sonra tikinti şirkətləri Azərbaycan Beynəlxalq Bankının ilkin ödənişsiz və ya 10% ilkin ödənişli 20 illik ipotekası ilə xeyli mənzillər satmışdılar. Bu gün isə gəlirləri azalan bir çox ailələr krediti ödəməkdə çətinlik çəkirlər. Vəziyyətin pisləşdiyini görən Beynəlxalq Bank ipotekanın bir addan digər ada rəsmiləşdirilməsinə icazə vermişdir. Yəni, borcunu ödəyə bilməyəcəyini görən alıcı mənzili başqasına təklif edə bilir. Bu halda, satıcı satışa qədər banka ödədiklərini alıcıdan alır, həmçinin qalan aylıq ödənişlər də yeni alıcı tərəfindən Banka ödənilir.
Mənzilin tikinti şirkətlərinə qaytarılması halları da mövcuddur. Mənzil tikinti şirkətinə qaytarılan zaman alıcı cərimələnir (mənzilin dəyərinin 2%-nə çatan dəbbə pulu), MTK-ya dəymiş ziyan və digər məsrəflər alıcıdan tutulur. Mənzilin başqa bir şəxsə satışından əldə edilmiş vəsaitdən bütün məsrəflər çıxılır, sonra alıcının ötən müddət ərzində MTK-ya və ya Banka ödədiyi vəsait qaytarılır.
Bundan başqa, bank ilə alıcı arasında bağlanmış müqaviləyə görə, alınan mənzil girova qoyulur. İpoteka krediti üzrə aylıq ödəniş 90 gün gecikdiyi zaman mənzil üzrə bütün hüquqlar Banka keçir və Bank mənzili satışa çıxarda bilər.
Cərimələnməmək və digər məsrəfləri ödəmək istəməyənlər mənzilini elan saytları vasitəsilə özləri satışa çıxardıblar. Bu gün əmlak saytları ipotekada olan mənzillərin satış elanları ilə doludur.
Digər tərəfdən, Azərbaycan Beynəlxalq Bankı ipoteka kreditini dayadırdıqdan sonra tikinti şirkətləri 3-5 illik daxili kredit təklif etməyə başladılar. Daxili kreditdə ilkin və aylıq ödəniş çox yüksək olur. Adətən tikinti şirkətləri 50%-dək ilkin ödəniş tələb edirlər. Daxili kredit ilə alınmış mənzillərin geri qaytarılması halları da artıb.
TƏLƏB EDİLƏN İLKİN ÖDƏNİŞƏ NAĞD MƏNZİL ALMAQ OLAR
Yeni binalarda mənzillərin 1 kvadrat metrinin qiymətinin xeyli yüksək olması mənzili bahalı edir. Bu gün 20-25 ilədək ipoteka ilə təklif edilən 3 otaqlı mənzilin ilkin ödənişinə yeni binada 2 otaqlı, 2 otaqlının ilkin ödənişinə 1 otaqlı mənzil almaq olar. Hətta 3 otaqlı mənzilin ilkin ödənişinə köhnə binalardan 3 otaqlı mənzil almaq mümkündür. Bir növ bazarda məntiqsiz vəziyyət yaranıb. Məsələn, 3 otaqlı 109 kv.m mənzil üçün 72 500 manat ilkin ödəniş, 25 illik, aylıq 772 manat ödəniş şərti mövcuddur. Səbəblər 40%-ə çatan ilkin ödəniş, mənzilin kvadrat metrinin 1500 manat civarında olması və ipoteka faizidir. Şərtlərin ağır olması satışların da zəifləməsinə səbəb olub. Bu gün bir sıra tikinti şirkətləri vəsait çatışmazlığına görə (satış az olduğundan) binaları vəd etdikləri tarixdə təhvil verə bilmirlər.
Mənzil alanlar azaldığından geri qaytarılmış və elan saytlarına yerləşdirilmiş mənzillər satılmır. Tikinti yeni böhranla qarşı-qarşıyadır. Əgər ipoteka ilə alınmış mənzillərin satışa çıxardılması daha da artarsa bir neçə tikinti şirkəti daha çətin vəziyyətə düşəcəkdir. Eyni zamanda, bu vəziyyət Beynəlxalq Banka da pis təsir edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 gün əvvəl
Bank Respublika rəhbərliyi və əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yerli sahibkarlar ölkəmizi tərk etmədən Dubaydakı biznesləri üçün xidmətlərdən faydalana biləcəklər
-
2 gün əvvəl
“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı
-
2 gün əvvəl
Birja Bank "BTB" istiqrazıları barədə qərar verdi - ABUNƏ YAZILIŞI BAŞLAYIR
-
2 gün əvvəl
Nazir Mikayıl Cabbarov ərəb ölkəsinin iqtisadiyyat naziri ilə görüş keçirib
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Azərkosmos” Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
- 2 gün əvvəl
- 2 gün əvvəl

Yüksək gəlirli müəssisələr satışa qoyulub - QİYMƏTLƏR

Prezident koordinator təyin etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Regional kollecdə yeni təyinatlar olub

“İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın təqdimatı keçirilib

BOKT "International” istiqrazlarınının ticarət nəticələri tələblərə cavab vermədiyindən listinqə alınmadı

Milli Depozit Mərkəzi ilə UNEC arasında memorandum imzalanıb

Rusiya Mərkəzi Bankı pauza mövqeyində qalır
