İran Prezidentindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlama
İran Prezidenti Seyid İbrahim Rəis : "İranın mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Biz öz məsələlərimizi özümüz həll etməliyik, "Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
Prezident İlham Əliyev: Salaməleyküm.
Prezident Seyid İbrahim Rəisi: Salaməleyküm. Necəsiniz?
Prezident İlham Əliyev: Sağ olun, çox yaxşıyam.
Prezident Seyid İbrahim Rəisi: Əhvalınız yaxşıdır, necəsiniz?
Prezident İlham Əliyev: Çox sağ olun, yaxşıyam. Şadam Sizi görməyimə.
Prezident Seyid İbrahim Rəisi: Mən də Sizinlə İƏT dövlət başçılarının Sammitində görüşümdən çox xoşhalam. İƏT-ə üzv ölkələrin dövlət başçılarının Sammiti bizim üçün çox yaxşı bir fürsət oldu ki, Sizinlə də görüş imkanı yarandı. Sizin rəsmi şəxslərin, həm Baş nazirin müavininin, həm də xarici işlər nazirinin İranın xarici işlər nazirinin müavini ilə çox yaxşı təmasları oldu, Baş nazirin müavininin Tehrana çox uğurlu səfəri baş tutdu. Mənə verilən məlumata görə, bu görüşlərdə çox müsbət müzakirələr aparılıb. Mən əminəm ki, belə əlaqələr, təmaslar, müzakirələr iki ölkənin münasibətlərinin inkişafına töhfələr verəcək. Ölkələrimiz arasında münasibətlərdə qarşıya çıxan məsələlər belə təmaslar və səfərlər çərçivəsində öz həllini tapa bilər.
Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür. Bizim tarix və sivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha da möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik. İndiyə qədər olan təcrübə də bunu göstərir ki, biz həmişə öz məsələlərimizi özümüz müzakirə edəndə onların bir çoxunun həllinə nail olmuşuq və qarşıdakı maneələri dəf etmişik. Mən bunu Sizə dəqiqliklə və əminliklə söyləyirəm ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan və dəstəkləyən ölkələrdən biri İran İslam Respublikası olub.
Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. Biz əminik ki, Azərbaycan Respublikasının Baş nazirinin müavininin və Azərbaycan Respublikasının xarici işlər nazirinin iranlı həmkarları ilə apardıqları danışıqlar, müzakirələr ölkələrimizin münasibətlərini daha da dərinləşdirəcək, irəliyə aparacaq və əlaqələrimiz möhkəmlənəcək. Buyurun, biz Sizin xidmətinizdəyik.
Prezident İlham Əliyev: Çox sağ olun, hörmətli cənab Prezident, mən Sizi səmimiyyətlə salamlayıram. Çox şadam ki, görüş üçün belə gözəl fürsət yaranıb. Bu, bizim Sizinlə birinci görüşümüzdür. Əminəm ki, bu görüş İran-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcəkdir.
Prezident Seyid İbrahim Rəisi: Mütləq elə olacaqdır.
Prezident İlham Əliyev: İran İslam Respublikası ilə əlaqələrə biz çox böyük önəm veririk. Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq.
X X X
Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu bildirilib.
Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulandııb.
Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi bildirildi, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edildi. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Söhbət zamanı İran-Azərbaycan əlaqələrinin tarixi xarakter daşıdığı və xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olduğu bir daha vurğulanıb.
Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalanıb.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 gün əvvəl
-
2 gün əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
3 gün əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
3 gün əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
3 gün əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 3 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Xalq Bankdan Novruza özəl endirim təklifi
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Ən çox oxunanlar
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib


















