Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 7 müəssisə və filial ləğv olunduğunu elan edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 7 müəssisə və filial ləğv olunduğunu elan edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən altı müəssisə və xarici şirkətin yerli filialı ləğv olunduğunu elan edib.

Marja.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində dərc olunmuş rəsmi elanlara əsasən, aşağıdakı müəssisələr üzrə ləğvetmə proseduruna başlanılıb:

- “Ucar 3 nömrəli Təmir Quraşdırma” MMC 

- “Tərtər Barama Müəssisəsi” MMC 

- “Sabirabad 8 nömrəli İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstə” MMC 

- “İsmayıllı Avtovağzalı” MMC 

- “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin İmişli balıq zavodu 

- “Daşkəsən Tikinti Müəssisəsi” MMC 

Bu altı müəssisənin elanları 13 oktyabr 2026-cı ildə bir-birinə yaxın vaxtlarda dərc olunub. Kreditorlardan tələblərini iki ay ərzində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 139 ünvanına təqdim etmələri istənilib.

Bundan başqa, “QİRODEYTA AZERBAYCAN LLC” şirkətinin Azərbaycan Respublikasındakı filialı da ləğv olunduğunu elan edib. Filialın kreditorları tələblərini iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 20 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, ləğvetmə elanlarının dərc olunması müəssisələrin artıq dövlət reyestrindən çıxarıldığı demək deyil. Elanlar ləğvetmə prosedurunun və kreditor tələblərinin qəbulunun başlandığını göstərir.

İş elanları AzVak.az-da

şirkətlərin ləğvi müəssisələr İsmayıllı Avtovağzalı Tərtər Barama Müəssisəsi İmişli balıq zavodu QİRODEYTA AZERBAYCAN
14.10.2026 09:24
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19