OPEC+ Baydenin hərəkətlərinə cavab olaraq hasilatın bərpasını azalda bilər
OPEC+ ölkələri dekabrda keçiriləcək iclasda ABŞ prezidenti Co Baydenin ölkənin strateji ehtiyatlarından 50 milyon barel neft satışı ilə bağlı qərarına cavab olaraq neft hasilatının bərpasının həcmini azaltmaq qərarına gələ bilərlər.
Marja xəbər verir ki, bu fikri Norveçin "Rystad Energy" konsaltinq şirkətinin analitiki Viktor Kurilov deyib.
Baydenin noyabrın 23-də verdiyi qərardan dərhal sonra Brent markalı neftin qiyməti 1,3% azalaraq 78,69 dollar/barelə qədər geriləsə də, sonradan bu azalmanı bərpa edib və 3,25% artaraq 82,3 dollara çatıb. Kurilov bu dinamikanı bazarın ABŞ-dan daha əhəmiyyətli addımlar gözləməsi ilə izah edir. Onun sözlərinə görə, açıqlanan satış həcmləri neft bazarında mövcud olan kəsiri tam aradan qaldıra bilməyəcək.
“Eyni zamanda, dekabrın 2-də OPEC+ iclası keçiriləcək. İclasda ixracatçı ölkələr hasilatın aylıq 400 min barel artımından imtina edə və gözlənilən profisit səbəbindən hasilat kvotalarını daha da aşağı sala bilərlər", -deyə ekspert bildirib.
Kurilovun sözlərinə görə, Bayden və OPEC+ arasında qarşıdurma artıq geniş siyasi kontekstə keçir, ona görə də növbəti görüşdə alyansın qəti addımını gözləməliyik. “Bununla bərabər, OPEC+ tərəfindən hasilatın artırılmasına təmkinli yanaşma, 2022-ci ildə bazarda gözlənilən profisit nəzərə alınmaqla ağlabatan addım kimi görünür”, - o əlavə edib.
Eyni zamanda ekspert vurğulayır ki, Amerika prezidentinin hərəkətləri, koronavirusun payız dalğası və Çindəki enerji böhranı ilə birləşərək, noyabr ayında neft qiymətlərinə aşağı istiqamətdə təsir göstərib.
Kurilovun sözlərinə görə, Brent markalı neftin qiyməti 90 dollar/barel həddini keçə bilər. Bununla belə, o, 2021-ci ilin sonuna qədər neftin qiymətinin artması riskinin hələ də davam etdiyinə diqqət çəkir.
"Soyuq qış mazut tələbini sutkada 1 milyon barelə qədər artıra bilər, eləcə də hər hansı qəza və hasilatın dayanması, keçən qış Texasda olduğu kimi, indiki vəziyyətdə neft bazarı üçün çox həssas olacaq", ekspert deyib.
OPEC+ nazirləri dekabrın 1-2-də keçiriləcək iclasda yanvar ayı üçün hasilatın səviyyəsini müzakirə edəcəklər. Mövcud qərarlara əsasən, OPEC+ ölkələri neft hasilatını hər ay sutkada 400 min barel və ya ayda 12 milyon barel artırır. İndiyədək alyans ölkələrinin əksəriyyəti yanvarda və hətta fevralda hasilatın bərpa sürətinin sutkada 400 min barel saxlanmasının lehinə çıxış edib. OPEC+ qış tələbatının mövsümi olaraq yavaşlamasını və hətta birinci rübdə yeni karantinlər fonunda həddindən artıq neft təklifini gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 23 saat sonra
-
4 d. əvvəl
Mərkəzi Bank daha bir ödəniş şirkətinə təshih tədbirləri tətbiq etdi
- 10 d. əvvəl
- 11 d. əvvəl
-
56 d. əvvəl
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Mərkəzi Bank daha bir ödəniş şirkətinə təshih tədbirləri tətbiq etdi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Avstraliya faiz dərəcəsini son 18 ilin ən yüksək səviyyəsinə qaldırdı – İnflyasiya ilə mübarizə sərtləşir
ABŞ-dan Avropaya mayeləşdirilmiş qaz ixracı kəskin artdı – Qiymətlər son illərin ən yüksək səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Apple -ın ilik gəliri rekord qırıb - 479 milyard dollar
Apple rekord gəlir açıqladı, lakin səhmləri ucuzlaşdı – Şirkətin mənfəət marjası ilə bağlı proqnozu investorları məyus etdi
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar ®
Pezeşkian: Ali Rəhbər ABŞ-la münaqişəni dialoq yolu ilə həll etmək üçün hökumətə səlahiyyət verib
Ağdamdan Kanadaya çəkmə ixracı — 3500 cütdən çox sifariş alınıb






















