1 il ərzində PAŞA Həyat tərəfindən Vətən üçün həyata keçirilən sosial aksiyalar
(®) Biznes hədəflərinə artıqlaması ilə çatan ölkənin lider həyat sığorta şirkəti “PAŞA Həyat” ölkəmiz və cəmiyyətimiz qarşısında olan məsuliyyətini unutmur və daim korporativ sosial məsuliyyət fəaliyyətinə xüsusi diqqət ayırır.
Belə ki, 2020-2021-ci illər ərzində şirkətin KSM fəaliyyəti İkinci Qarabağ Müharibəsi üzərində cəmləndi və əsas fokuslanılan sahələrdən biri müharibə zamanı zərər çəkən şəxslərə dəstək göstərmək oldu. Qeyd edək ki, keçirilən sosial aksiyalara PAŞA Həyat şirkətinin əməkdaşları öz təşəbbüsləri ilə qoşularaq maddi və mənəvi dəstəkdə xüsusi yer aldılar.
Beləliklə, illik fəaliyyət hesabatını sizə təqdim edirik:
- Müharibə zamanı informasiya arenasında ruh yüksəkliyini saxlamaq üçün “Qarabağa Həyat qayıdır” videoçarxı ərsəyə gəldi. (https://www.youtube.com/watch?v=tqZFAgDUSHU&t=3s).
- Müharibənin qızğın vaxtında - 24 oktyabr 2020-ci il tarixində şirkət əməkdaşları Bərdə şəhərinə səfər etməklə evlərindən didərgin düşmüş, yaxın ərazilərdə müvəqqəti məskunlaşmış 100 ailəyə maddi və mənəvi dəstək oldu.
- 2020-ci ilin 24 noyabrında şirkətin 10 ili tamam oldu. Şirkət yubiley tədbirinə sərf edəcəyi vəsaiti - 100.000 AZN-i şəhid ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılmasına sərf etdi.
- Şirkət 14 dekabr 2020-ci ildə təsis edilmiş YAŞAT fonduna yarandığı ilk günlərdə 100.000 AZN məbləğində ianə etdi.
- 2020-ci il dekabr ayında qış mövsümü ilə əlaqədar olaraq Qarabağda yerləşən qoşunlara lazımi vəsaitlərlə yardımlar edildi.
- 22 dekabr 2020-ci ildə Qızıl Aypara Cəmiyyətinin dəstəyilə Ağdam şəhəri Musiqi Kollecində müvəqqəti məskunlaşmış 80 nəfərə yaxın soydaşa sovqatlar çatdırıldı.
- 27 dekabr 2020-ci ildə Sumqayıtda yaşayan qazi ailələri ziyarət edildi, hər bir ailəyə televizor hədiyyə olundu.
- Yanvar 2021. Qəhrəmanlarımızın şücaətini yaddaşlara həkk etmək və məlumatlılığı artırmaq məqsədilə 2021-ci il yanvar ayından etibarən “Belə Belə İşlər” media şirkətilə əməkdaşlıq çərçivəsində şəhidlərə həsr olunmuş 30 çarx işıq üzü gördü.
- 12 fevral 2021. İşğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılmasına töhfə vermək məqsədilə şirkət “Qarabağ Dirçəliş Fonduna” 100.000 manat vəsait köçürdü.
- Şirkət Vətən uğrunda canından keçmiş qəhrəmanların ailələrinə xalq bayramı Novruzda da baş çəkdi, bayram sovqatları payladı.
- 8 may 2021. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək, eləcə də Qarabağla bağlı məlumatları bir yerə toplayıb saxlamaq və yaymaq məqsədilə may ayında PAŞA Həyat və PAŞA Holding şirkətləri Qarabağa və şəhidlərə həsr olunmuş “Karabakh Life” adlı unikal vahid fotobank yaradaraq istifadəyə verdi. Sözügedən platforma vasitəsilə hər bir istifadəçi mövzu üzrə istənilən məlumatla tanış olub paylaşa, həmçinin mövcud məlumatı yeniləyə və zənginləşdirə bilər. (https://karabakhlife.az/).
- 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə də sosial layihə həyata keçirilib. PAŞA Həyat şəhid ailələrini ziyarət edib və bu ailələrdən olan 100-dən çox övladı sevindirməyə çalışıb.
- Yay mövsümü ərzində Vətən müharibəsi şəhidlərinin övladlarının intellektual və emosional inkişafını yüksəltmək məqsədilə təşkil olunan, 400-ə yaxın uşağın iştirak etdiyi “Qaliblər düşərgəsi” və “YAŞAT düşərgəsi” layihələrinə PAŞA Həyat şirkəti dəstək verdi.
- 27 sentyabr 2021. https://karabakhlife.az/ saytının rus dilli versiyası işıq üzü gördü.
- Zəfər Günü münasibətilə 5 noyabr tarixində 100 şəhid övladı üçün “Zəfər Gülü” tədbiri təşkil olundu. Şirkət əməkdaşları uşaqları hədiyyələrlə sevindirməyə çalışdı, eləcə də şəhidlərin xatirəsi yad edildi.
- 7 noyabr 2021. https://karabakhlife.az/ saytının ingilis dilli versiyası işıq üzü gördü.
“PAŞA Holding-in və müvafiq olaraq PAŞA Həyat şirkətinin iş fəlsəfəsi dövlətə və cəmiyyətə fayda verməkdən ibarətdir. Həm şirkətin qurucuları, həm də kollektivi Vətənimizin bütövlüyü və qalibiyyəti uğrunda şəhidlik zirvəsinə ucalan döyüşçülərimizin ailələrinə dəstək olmağı mənəvi borcu kimi görür. 44 gün ərzində həm sevincli, həm kədərli anlar yaşadıq, xalqımızın möhtəşəm həmrəyliyinin şahidi olduq. Canı və qanı bahasına əzəli torpaqlarımızı azad edən şücaətli ordumuzun hər bir əsgər və zabitinə nə qədər təşəkkür etsək azdır. Ali Baş Komandanın və Milli Ordumuzun sayəsində biz bu gün zəfər həyəcanı yaşayırıq. Artıq bir ildir ki, üçrəngli bayrağımız azad edilmiş torpaqlarda dalğalanır. Lakin biz həm də şəhidlik zirvəsinə ucalan vətən oğullarının kədərini yaşayırıq. Allah bütün şəhidlərə rəhmət eləsin!” - “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədri Niyaz İsmayılov bildirib.
Şirkət bundan sonra da şəhid ailələrinin və müharibə iştirakçılarının firavan yaşaması üçün əlindən gələni edəcək.
Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 19 saat sonra
- 4 d. əvvəl
-
38 d. əvvəl
Valyuta ehtiyatları sürətlə artır – Mərkəzi Bank yeni rəqəmləri açıqladı
-
50 d. əvvəl
Bakı–Quba, Bakı–Qusar və digər avtobus marşrutları bu şirkətlərə verildi
-
1 saat əvvəl
Baku Steel Company “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
-
1 saat əvvəl
Azərbaycanlıların pullarını ələ keçirən şəbəkə ifşa edildi – 11 nəfər ölkəyə gətirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Baku Steel Company “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
Azərbaycanlıların pullarını ələ keçirən şəbəkə ifşa edildi – 11 nəfər ölkəyə gətirildi
Ən çox oxunanlar
Noyabrın 4-də gözlənilən hava şəraiti
Ombudsman seçildi - 7 il, 2033-cü ilədək vəzifədə qalacaq
Azərbaycanda ən çox istifadə olunan 10 toxum sortundan 3-ü “Agro Dairy” şirkətinə məxsusdur
Mərkəzi Bank ödəniş şirkətinə icrası məcburi olan göstəriş verib
Azərbaycanda “Quşçuluq qrupu” fəaliyyətə başlayıb

























