2021-ci ildə rekord gəlir əldə edəcəyini gözləyir
Rusiyanın "Gazprom" şirkəti, qaz satışından gələn gəlirlərin artması səbəbindən 2021 -ci ildə rekord gəlir əldə edəcəyini gözləyir"Gazprom" şirkətinin baş direktor müavini Famil Sadıqovun direktorlar şurasının iclasında verdiyi məlumata görə, "Gazprom" 2021-ci ilin sonuna qədər əlverişli qiymət mühiti şəraitində rekord gəlir əldə edəcəyini gözləyir.
Marja xəbər verir ki, onun sözlərinə görə, ilkin planla müqayisədə qaz satışından əldə olunan gəlirlərin həcmi təxminən 30% artıb.
Sadıqov, "Bu, Qazpromun 2021-ci ilin sonuna qədər gəlir baxımından tarixən rekord səviyyəyə çatmasına imkan verəcək" deyib.
O, həmçinin "Qazprom"un əlavə gəlirləri hansı məqsədlə bölüşdürəcəyini açıqlayıb:
"2021-ci ildə əldə edilən əlavə gəlir üç sahəyə bölünür: dividendlərin və investisiya proqramının artırılması və borcun azaldılması".
"Gazprom" qrupunun ümumi borcu 2021 -ci ilin sonunda ilkin proqnozla müqayisədə 3 milyard dollar azalaraq 71,6 milyard dollar təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 17 saat sonra
- 11 d. əvvəl
-
14 d. əvvəl
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
-
20 d. əvvəl
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub ®
- 51 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
-
1 saat əvvəl
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Ən çox oxunanlar
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb ®
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: “İdman hər kəs üçün bərabər imkan olmalıdır”
Pul bazasında yeni maksimum – Oktyabrda daha 328 milyon manat artım

























