"Fidelity": "Bitcoin"in dəyəri 2023-cü ilə 100 min dollara çata bilər
ABŞ-ın "Fidelity Global" maliyyə şirkətinin rəhbəri Curriyen Timmer (Jurrien Timmer) "Bitcoin"dən kəskin artım gözləyir və kriptovalyutanın dəyərinin 2023-cü ilə 100 min ABŞ dollarına çatacağını proqnozlaşdırır.
"Business Insider"ın verdiyi məlumata görə, dünyanın ən populyar kriptovalyutasının kəskin bahalaşması əminliyi impulsiv treyderlərdə bu kriptovalyutaya yüksək maraq oyadıb. Timmer bildirib ki, "Bitcoin"in dəyərinin oktyabrda qeydə alınmış 31%-lik artımı dayanıqlıdır və burada köpük effektindən söz gedə bilməz.
C. Timmer qeyd edib ki, proqnozlarında özünün tələb və təklif modelinə əsaslanır və bu modelə görə, bazarda qısamüddətli treyderlərin payı azaldıqca qiymət qalxacaq. Belə ki, "Bitcoin"in sonuncu bahalaşmaları zamanı qısamüddətli treyderlərin əlindəki "Bitcoin"lərin payı 15%-ə enib.
Timmer əlavə edib ki, sözügedən kriptovalyutanın dəyərinin 100 min dolları üstələyəcəyi halda belə, bu, ABŞ dolları üçün təhlükəyə çevrilməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 16 saat sonra
-
21 d. əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
-
1 saat əvvəl
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Ən çox oxunanlar
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb ®
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: “İdman hər kəs üçün bərabər imkan olmalıdır”
Pul bazasında yeni maksimum – Oktyabrda daha 328 milyon manat artım























