Geri qaytarılmış ƏDV-nin məbləği açıqlandı
1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib
Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi 2020-ci ilin may ayından etibarən tətbiq edilir.
Dövlət Vergi Xidmətindən Marja-ya verilən məlumata görə, həmin tarixdən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda (www.edvgerial.az) 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib, sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296.851.431 çek üzrə 119 milyon 660 min 913 manat həcmində ƏDV məbləği geri qaytarılıb.
2020-ci ilin may ayından indiyədək portala çek əlavə edən müştərilərin sayında sürətli artım dinamikası müşahidə edilir ki, bu da “ƏDV geri al” layihəsinə olan kütləvi marağın göstəricisidir.
Xatırladaq ki, istehlakçıların sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çekləri barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır və çekin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır. Bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi qaytarılır.
Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəfin ƏDV ödəyicisi olması mütləqdir. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
Bununla belə, elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda ƏDV-nin geri qaytarılmasından imtina halları da müşahidə edilir. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur. Yəni fiskal çeklərdə məhsulun adının qeyd edilməməsi, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği); nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün imtinaya səbəb ola bilər.
Araşdırmalar göstərir ki, 2 min manatdan aşağı olan çeklər üzrə imtina hallarına səbəblər, əsasən, satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 90 gün keçdikdən sonra sistemə daxil edilməsidir. Həmçinin, təcrübədə dəyəri 2 min manatdan yuxarı olan çeklər üzrə də müraciətlərin öz təsdiqini tapmaması hallarına rast gəlmək mümkündür. Buna səbəb məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi, malın adının “Sərbəst satış”, “Satış”, “Məhsulun adı” və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmamasıdır.
Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal İD-sinin www.edvgerial.az portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığı hallarda da müraciət sistem tərəfindən qəbul edilmir.
Qeyd edək ki, “Kapital Bank”ın “BirBank” və ya Azərbaycan Beynəlxalq Bankının “Iba mobile” tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiqlər vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsini daha rahatlıqla geri ala bilərlər.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycanda ilk: İsti yayma yastı polad çubuqları istehsalına və Böyük Britaniyaya fiqurlu yayma ixracına başlandı
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 d. əvvəl
Nazirlik büdcələrin icrasına dair məlumat yaydı - 2,7 MİLYARD MANATLIQ ARTIQLIQ VAR
- 8 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan daşıyıcıları Avropa İttifaqi ölkələrində çətinliklərlə üzləşirlər
-
3 saat əvvəl
"Mobil bank tətbiqimiz üzərində ciddi işlər aparılır, yaxın zamanda istifadəyə veriləcək"
-
3 saat əvvəl
Mərkəzi Bank: Növbəti qərar sabah saat 11:00-da yayımlanacaq
-
3 saat əvvəl
AFB Bank-ın yarımillik nəticələrinə əsasən mənfəəti 4,3 dəfə artıb - MÜSAHİBƏ
-
3 saat əvvəl
Bank Respublika Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün press-tur təşkil edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın vergi qanunu büdcə kəsirini 3,4 trilyon dollar artıracaq
Son Xəbərlər

Nazirlik büdcələrin icrasına dair məlumat yaydı - 2,7 MİLYARD MANATLIQ ARTIQLIQ VAR

Əliyev Trampa təşəkkür etdi

Avropada təbii qazın qiyməti yenidən 400 dolları ötüb

Kürdəmir rayonunda “Bostan Fesivalı” keçiriləcək - TARİX

"Mobil bank tətbiqimiz üzərində ciddi işlər aparılır, yaxın zamanda istifadəyə veriləcək"

Bank Respublika Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün press-tur təşkil edib
Ən çox oxunanlar

Trampın vergi qanunu büdcə kəsirini 3,4 trilyon dollar artıracaq

Çində smartfon satışı azalıb

İnvestorlar narahatdırlar - Neft qiymətləri düşür

Azərbaycan neftinin son qiyməti

Azərbaycan mətbuatı 150 yaşında

Rəsmi məzənnələr açıqlandı

“DƏVƏLİ”nin səhmdarlarına dividend ödəniləcək
