Bank Respublika şəhid və qazi övladlarını sevindirdi
(®) 44 günlük Vətən müharibəsi dövlətimizin qüdrətini, ordumuzun gücünü, xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Dövlət tərəfindən Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə göstərilən qayğı və görülən xeyirxah işlərə ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika da, öz töhfəsini verib.
Belə ki, Bank yeni tədris ilinin başlanması ilə əlaqədar Azərbaycanın müxtəlif regionlarında şəhid və qazi övladları üçün xüsusi aksiya həyata keçirib. Aksiya çərçivəsində “Bank Respublika”nın nümayəndələri Vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid və qazi olmuş əsgər və zabitlərin ibtidai siniflərdə təhsil alan övladlar ilə görüşərək, atalarının vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan söhbət açıblar.
Həmçinin, uşaqlara yeni tədris ilinin başlanması ilə əlaqədar içərisində müxtəlif dərs ləvazimatları olan və üzərində “Qəhrəman övladı” yazılmış məktəbli çantaları hədiyyə edilib.
Keçirilən görüşlərdə Bankın nümayəndələri torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın övladlarının hər birimiz üçün əmanət olduğunu, şəhid və qazi ailələrinə Bank Respublika tərəfindən daim xüsusi diqqət və qayğı göstəriləcəyini vurğulayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















