Qlobal bank Ərdoğanın açıqlamasından sonrası faiz endirimi gözləmədiyini açıqladı
Qlobal investisiya bankı Morgan Stanley, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamalarına baxmayaraq Avqust ayında Türkiyə Respublikası Mərkəzi Bankından (TCMB) faiz endirimi gözləmədiyini açıqlayıb.
Marja xəbər verir ki, Morgan Stanley-in analitikıri Ərdoğanın son çağırışına baxmayaraq Avqustda TCMB-dən faiz endirimi gözləmədiklərini, buna qarşı gələcəyə istiqamətli veriləcək mesajlara baxılacağını qeyd ediblər.
Analitiklər tərəfindən qələmə alınan hesabatda, bu il TCMB-dən 2 bənd faiz endirimi gözlədiyini qeyd edib. Təşkilatın əvvəlki proqnozu 4 bənd endirim idi. Hazırda Türkiyə Mərkəzi Bankının faizi 19% səviyyəsindədir.
Hesabatda "TL-dəki son dövrdəki dəyərlənməyə baxmayaraq bu mövzuda ehtiyatlıyıq" ifadələri istifadə edilib.
ƏRDOĞAN MƏRKƏZİ BANKIN AVQUSTDA FAİZ AZALDACAĞINA İŞARƏ ETMİŞDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, avqust ayından etibarən inflyasiyada azalma başlayacağını söyləyərək, "Mən siqnalımı müəyyən yerlərə hərhalda vermiş oluram, bundan belə inflyasiyanın daha yuxarı çıxması mümkün deyil, çünki faiz nisbətlərində də enişə keçirik", - demişdi
Canlı verilişdə sualları cavablayan Ərdoğan, "Yüksək faiz yoxdur. Çünki yüksək faiz bizə yüksək inflyasiyanı gətirəcək. Amma aşağı faiz bizə aşağı inflyasiyanı gətirəcək. Avqust ayı qırılma nöqtəsidir və inşallah Avqust ayından etibarən artıq biz aşağı inflyasiyaya keçəcəyik" demişdi.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
16 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























