Restoranda polisə zor tətbiq edən deputat üçün Milli Məclis bugün toplaşır
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək.
İclasın gündəliyində “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ var.
Qeyd edək ki, iyulun 31-də Milli Məclisinin sədri Sahibə Qafarova Milli Məclisin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.
Parlamentin İntizam komissiyası 2 avqust tarixli iclasında təqdimata baxaraq Milli Məclisin deputatının Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.
Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir.
İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir.
Milli Məclisin plenar iclasında iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Baş prokurorun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra və bu məqsədlə Baş prokurora suallar verə, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər.
Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.
Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir.
Həmçinin oxu
Ərzaq təhlükəsizliyi təhlükə altındadır? - MÜSAHİBƏMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
52 d. sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
2 d. əvvəl
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
-
8 d. əvvəl
“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub
- 17 d. əvvəl
- 20 d. əvvəl
-
1 saat əvvəl
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xalq Bank ağacəkmə aksiyasında iştirak edib ®
Ən çox oxunanlar
Azərbaycan neftinin qiyməti düşüb
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
Rəsmi məzənnələr açıqlandı




























