İngiltərənin müdafiə sənayesi şirkəti 8,7 milyard dollara ABŞ şirkətinə satılacaq
ABŞ-ın "Parker-Hannifin" şirkəti İngiltərənin "Meggitt" şirkətini 6,3 milyard funt-sterlinqə (8,7 milyard dollar) almaqla bağlı razılığa gəlib.
Marja xəbər verir ki, bu barədə təyyarə və kosmik gəmilərin yaradılmasında istifadə olunan komponent istehsalçısının bazar ertəsi günü yaydığı açıqlamada deyilir.
Qeyd olunur ki, "Parker-Hannifin" İngiltərənin 250 ən böyük şirkəti siyahısına daxil olan "Meggitt"in dəyərini şirkətin səhmlərinin olduğu 30 İyul axşamı qiymətindən 70% yüksək qiymətləndirib. Məlumat elan edildikdən sonra "Meggitt"in səhmləri bazar ertəsi günü 60% bahalaşıb.
İngiltərədə 18 istehsal müəssisəsi və 2000-dən çox işçisi olan "Parker", İngiltərə Müdafiə Nazirliyi ilə müqavilələr çərçivəsində "Meggitt"in öhdəliklərini yerinə yetirməyi də qəbul edib. Bundan əlavə, Amerika şirkəti "Meggitt"in İngiltərədəki tədqiqat və inkişaf sahəsindəki investisiyalarını ən azından qoruyacaq. Eyni zamanda, "Parker" qarşıdakı beş il ərzində bu məqsədlər üçün ayrılan məbləği 20% artırmağı planlaşdırır.
"Meggit" koronavirus pandemiyası dövründə maliyyə çətinliklərilə üzləşib və və bunun nəticəsində keçən il 1800 iş yerini ixtisar etmək məcburiyyətində qalıb. Bununla birlikdə şirkət, bazar ertəsi günü yayımlanan açıqlamaya görə, 2021 -ci ilin ilk yarısında yenidən qazanc əldə etməyə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
48 d. sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
6 d. əvvəl
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
-
12 d. əvvəl
“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub
- 21 d. əvvəl
- 24 d. əvvəl
-
1 saat əvvəl
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xalq Bank ağacəkmə aksiyasında iştirak edib ®
Ən çox oxunanlar
Azərbaycan neftinin qiyməti düşüb
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
Rəsmi məzənnələr açıqlandı



























