Azercell-in dəstəklədiyi “Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib!
“Uşaq Qaynar Xətt” xidməti uşaqların sağlam mühitdə böyüməsi üçün iş başındadır(®️) 11 ildən artıqdır Azercell-in dəstəyilə fəaliyyət göstərən Azərbaycan “Uşaq Qaynar Xətt” xidməti (AUQX) cari ilin iyun ayı üçün hesabatını təqdim edib. Uşaqlara təmənnasız olaraq psixoloji və sosial yardım göstərən qaynar xətt xidmətinə bu ay ərzində 375 zəng daxil olub. Bunların böyük hissəsi hüquqi məsələlərlə (99 zəng) bağlı olub. Müraciətlər təhsil və psixoloji (cəmi 159 zəng), səhiyyə (35 zəng), sosial (24 zəng) və digər (58) sahələrlə bağlı olub. Müraciət edənlərin əksəriyyəti (241 zəng) ilk dəfə xidmətə zəng etdiklərini bildiriblər.
Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətinə iyun ayı boyunca həm böyüklər (248 zəng), həm də uşaqların özləri (115 zəng) müraciət ediblər. Xidmətdən yardım istəyən uşaqların 77-si qız, 38-i isə oğlan olub. Həmçinin sosial şəbəkələr üzərindən 12 anonim müraciət daxil olub.
Sözügedən dövr ərzində Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətinə daxil olan zənglər arasında psixoloji təzyiq halları, əməyin istismarı, etinasızlıqla bağlı müraciətlər də yer alır.
İyun ayında qaynar xəttə daxil olan müraciətlərlə əlaqədar 5 ailə ilə görüş təşkil edilib. Həmçinin fərdi və qrup şəklində 11 sosial-psixoloji reabilitasiya işi aparılıb. Uşaqlara tibbi dəstəyin göstərilməsi, səhiyyə xidməti ilə təmin olunması ilə bağlı 3 müraciət daxil olub ki, AUQX əməkdaşları bu uşaqların səhiyyə hüquqlarının təminatı üçün zəruri addımlar atıblar.
Ümumilikdə bu ilin ilk altı ayı ərzində “Uşaq Qaynar Xətt” xidmətinə 2761 zəng daxil olub. Bunların əksəriyyəti təhsil sahəsi (874 zəng), hüquqi (580 zəng), psixoloji (418 zəng), sosial (260 zəng), səhiyyə (172 zəng) və digər (457 zəng) sahələrə aid olub. 2020 zəng böyüklər, 621 zəng isə 18 yaşdan aşağı şəxslər tərəfindən daxil olub.
Altı ay ərzində qeydə alınan müraciətlərlə əlaqədar 39 ailə ilə görüş təşkil edilib, 105 sosial-psixoloji reabilitasiya işi aparılıb. Uşaqlarda əlillik dərəcəsinin müəyyən olunması, buna uyğun olaraq sosial müavinətin təyin edilməsi ilə bağlı 12 müraciət, xüsusi qayğıya ehtiyacı olan uşaqların müayinə və müalicəsi, onların səhiyyə hüquqlarının təmin olması ilə bağlı isə 13 müraciət daxil olub. Bu məsələlərlə əlaqədar müraciət edənlərə müavinətlərin təyin olunmasında dəstək göstərilib.
Bu aylar ərzində AUQX sosial şəbəkələr üzərindən də fəaliyyətini gücləndirməyə davam edib. Mərkəz əməkdaşları sosial şəbəkələrdən daxil olan müraciətləri də operativ şəkildə cavablandırıblar.
AUQX xidmətinin əməkdaşları yalnız daxil olan müraciətləri cavablandırmaq, onların həlli üzrə fəaliyyət göstərməklə kifayətlənmirlər. Xidmətin işinin bir qismini də maarifləndirmə təşkil edir. Bu aylar ərzində xidmət əməkdaşları onlayn vebinar və canlı yayımlar təşkil ediblər, beynəlxalq təlimlərdə iştirak ediblər. Təkcə iyun ayında 3 gün boyunca “Kompleks travmanın müalicəsi üçün Bağlılıq, Tənzimləmə və Səriştəlilik Çərçivəsi” mövzusunda beynəlxalq təlim təşkil edilib. Bu təlim iyul ayı ərzində də davam edəcək. Ümumilikdə 6 ay ərzində “Yeniyetməlik dövrünün psixoloji və fizioloji aspektləri”, “İntihara son deyək!”, “Özünü yalnız hissetmə sindromu” mövzularında onlayn tədbirlər keçirilib.
Qeyd edək ki, “Azercell Telecom” MMC-nin, UNİCEF Azərbaycanın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə xidmətin yaradılmasında məqsəd ailədə hər hansı təzyiqə məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqi də istifadəyə verilib.
Qaynar xəttə həm 116111 qısa nömrəsi, həm də Azercell nömrələrinə (050 680 22 80; 051 580 22 80; 051 880 11 80; 051 880 22 80) zənglə, habelə e-poçt xidməti (ushaqqaynarxetti@gmail.com), Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat (www.childhelpline.az) və “ushaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
6 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
4 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
10 saat əvvəl
Bakıda 49 mərtəbəli, 185 metrlik “Gilavar” kompleksi və 90 metrlik qüllə
-
10 saat əvvəl
Bakıda Böyükşor gölünün ətrafı dəyişəcək - Ərəb şirkəti inkişaf planını açıqladı
-
10 saat əvvəl
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi ®
-
10 saat əvvəl
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib ®
-
11 saat əvvəl
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
İldə 4 ton şərab istehsal edən ailə təsərrüfatına dəstək göstərilib - “Mistika”nın istehsalı genişləndiriləcək
Ən çox oxunanlar
Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Azərbaycanda Google Ads Google Ads Sales Representative: yerli təcrübə və biznes üçün yeni imkanlar
“Şərəf” ordeni ilə təltif edildi
Havanı çirkləndirən müəssisələrə nəzarət gücləndiriləcək – Prezidentdən yeni Sərəncam
Avrozonada inflyasiya son 3 ilin ən yüksək səviyyəsinə çatıb – Yeni faiz artımı gözlənilir

























