"Bakı Kristal Zalı"nın gəlirləri azalıb - 17 MİLYONDAN ÇOX YIĞILMIŞ ZƏRƏR
"Bakı Kristal Zalı" MMC 2020-ci ili 7 min 204 manat xalis mənfəət ilə başa vurub. MMC 2019-cu ili 7 min 560 manat xalis mənfəət ilə bağlamışdı.
Marja MMC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə 3 milyon 295 min manat təşkil etmiş əsas əməliyyat gəlirləri 2020-ci ildə 2 milyon 980 min manata geriləyib. Həmçinin MMC ötən il 4 min 68 manat sair gəlirlər əldə edib.
Ötən il "Bakı Kristal Zalı"nın 2 milyon 984 min manat cəmi gəlirlərinə qarşılıq cəmi əməliyyat xərcləri 2 milyon 975 min manat təşkil edib (2019-cu ildə 3 milyon 285 min manat). MMC 9 min 5 manat əməliyyat mənfəətindən 1801 manat mənfəət vergisi ödəyib.
31 Dekabr 2021-ci il tarixində "Bakı Kristal Zalı" MMC 174 milyon 230 min manat cəmi aktivlərə malik olub. MMC 2019-cu ilin sonunda 174 milyon 290 min manat cəmi aktivlərə malik idi.
2020-ci ilin sonunda "Bakı Kristal Zalı" 17 milyon 444 min manat yığılmış zərərə malik olub. 2019-cu ilin sonunda MMC-nin 17 milyon 377 min manat yığılmış zərəri var idi. Yığlmış zərər MMC-nin 191 milyon 561 min manat olan nizamnamə kapitalını bir qədər "əridib".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
2 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
2 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
3 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
5 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib
























