Azercell-in dəstəyilə məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında iki medal qazanıblar
19-25 iyun 2021-ci il tarixlərində Sinqapurda təşkil olunan 33-cü Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2021 Singapore) Azercell-in dəstəklədiyi Azərbaycan komandasının üzvləri ölkəmizi növbəti dəfə uğurla təmsil edərək 2 bürünc medal qazanıblar.
90 ölkədən 351 şagirdin qatıldığı onlayn formatlı müsabiqədə fərqlənən iştirakçılar sırasında Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Səid Nəsibov da olub. Onlar müsabiqənin bürünc medalına layiq görülüblər. Olimpiadanın nəticələri yarışmanın Baş Assambleyasında səsvermə ilə rəsmiləşib.
Xatırladaq ki, Əziz Hüseynov ötən il də bu olimpiadada uğurla çıxış edərək bürünc medala layiq görülüb. Beləliklə də, Ə.Hüseynov birdən çox IOI medalı qazanmış ilk həmvətənimiz olub. Səid Nəsibov da bu yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq, uğurlu nəticə göstərib.
Azercell şirkəti informatika üzrə istedadlı şagirdlərin aşkar edilməsi və onların inkişafı üçün təşəbbüsləri davamlı olaraq dəstəkləyir. Artıq 2017-ci ildən etibarən məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi "Azercell Telekom" şirkətinin dəstəyi ilə həyata keçirilir. Şirkət Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olub. Hazırlıqdan keçən şagirdlərimiz dəfələrlə mötəbər bilik yarışlarında yüksək nəticələr əldə ediblər. İndiyədək azərbaycanlı şagirdlər informatika fənni üzrə bilik yarışlarında 27 medal qazanıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
4 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
4 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
5 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
7 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib



























