Mədəniyyət Nazirliyi Samir Şərifovun ittihamlarına cavab verdi
Maliyyə Nazirliyinin nümayəndələri Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən filmlərlə tanış olmaq və onlar haqqında dolğun məlumat əldə etmək məqsədilə kino təqdimatlarına dəvət olunacaqlarMədəniyyət Nazirliyi maliyyə naziri Samir Şərifovun ötən gün Milli Məclisdəki çıxışı zamanı kino sahəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Nazirlikdən bildirilib ki, bu sahədə qısa zamanda əhəmiyyətli tədbirlər görülüb.
"Azərbaycan Prezidentinin "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına əsasən “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, sözügedən nazirliyin, eləcə də bu sahədəki ictimai təşkilatların rəy və təklifləri nəzərə alınaraq yenidən hazırlanıb, bu istiqamətdə qısa zaman ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm zəfər ölkəmizin tarixində yeni bir səhifə açıb və dövlətimiz bütün sahələrdə yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ milli kinematoqrafiyamızın da qarşısında mədəniyyətimizin qalib təzahürü və carcısı olmaq vəzifəsini qoyur. Bununla əlaqədar, Vətən müharibəsində qazanılan böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə keçirilən "Böyük Qayıdış" film layihələri müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən elan olundu. Dünya təcrübəsinə uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən mərhələli şəkildə təşkil edilən müsabiqədə ölkəmizdə ilk dəfə layihələrin açıq Pitçinq yolu ilə seçilməsi mexanizmi tətbiq olundu və Vətən müharibəsinə həsr olunan 11 qısametrajlı (bədii, sənədli və animasiya) film istehsala buraxılmaqdadır.
Bununla yanaşı, 1982-ci ildən bugünədək ilk dəfə olaraq 2021-ci ilin əvvəlində ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası üçün kinotexnika avadanlıqları alınıb və "Fəryad 2", "Məryəm" və "Mərmər Soyuqu" tammetrajlı bədii filmlərin istehsalına artıq başlanılıb.
Eyni zamanda 1965-ci ildən heç vaxt təmir edilməmiş “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının yenilənməsi ilə bağlı müvafiq tədbirlər görülür.
Həmçinin, ölkəmizdə film sahəsinin modernləşdirilməsi, dünyanın bu sahədə ən qabaqcıl ölkələrinin təcrübəsinə uyğun şəkildə yenidən qurulması, dünya kino prosesinə inteqrasiyasının sürətləndirilməsi və nəhayət, dayanıqlı inkişafa əsaslanan kino sənayesinin formalaşdırılması üçün inkişaf etmiş kino sənayesinə malik Türkiyə, ABŞ, Fransa, Almaniya kimi ölkələrlə birgə filmlərin çəkilməsi istiqamətində işlərə başlanılıb.
Son illərdə ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə özəl vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Təsadüfi deyil ki, son altı ay ərzində dövlət sifarişi və dəstəyi ilə nəzərdə tutulan film layihələri dünyanın ən nüfuzlu film festivallarında ölkəmizi təmsil edir. Buna misal olaraq Bakı Media Mərkəzi ilə birgə istehsal olunan "Sonuncu" sənədli filminin Rotterdam Film Festivalında, "Təkbətək", "Göy köynəkli adam" və digəri olmaqla 3 film layihəmizin Sarayevo Film Festivalında iştirakını, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunacaq "Mərmər soyuğu" bədii film layihəsinin Rusiyanın dövlət film təşkilatı "Roskino" və Trieste Film Festivalının (İtaliya) beynəlxalq film marketinə seçilməsini göstərmək olar.
Həmçinin, Azərbaycanın beynəlxalq qlobal rəqəmsal yayım platformlarına inteqrasiyası baxımından əhəmiyyətini nəzərə alaraq, "Netflix APost Lab" mötəbər beynəlxalq film tədbirlərinə ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Nazirliyinin müşahidəçi kimi dəvət edilməsini qeyd etmək lazımdır.
Bununla belə, koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildən fəaliyyətini dayandırmış kino nümayişi müəssisələrinin fəaliyyəti bərpa edildikdən sonra Maliyyə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən filmlərlə tanış olmaq və onlar haqqında dolğun məlumat əldə etmək məqsədilə kino təqdimatlarına dəvət olunacaqlar".
Qeyd edək ki, maliyyə naziri Samir Şərifov Milli Məclisin ötən gün keçirilən iclasında kino sahəsindəki vəziyyəti tənqid edib.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
15 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 15 saat əvvəl
-
16 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
17 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
17 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
17 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir

















.jpg)




