Naxçıvan göycəsi – onu necə ixrac edə bilərik

Naxçıvan Muxtar Respublikasında xeyli meyvə bağı salınıb, bu sırada göycə bağları da istisna deyil.
Daxili bazarda (Bakı şəhəri də daxil olmaqla) göycəyə tələbat ildən-ilə artdığından torpaq mülkiyyətçiləri bu meyvənin istehsalına daha çox maraq göstərirlər. Meyvəyə digər maraq isə onun tədarük dövrünün qısa olmasıdır. Aydın məsələdir ki, bir çox meyvə növlərini ilboyu bazarda tapmaq mümkündür, ancaq elələri də var ki, (göycə, gilas və sair) onların mövsüm müddəti çox qısadır və bu da təbii olaraq həmin məhsulların qiymətinə təsir edir. Göycəyə gəldikdə isə bu meyvə orqanizmə saymaqla bitməyən faydaları ilə zəngindir. Susuzluğu yatıran, iştahanı açan, xolesterinin səviyyəsini düşürən, orqanizmdə qan yaradan göycə, həm də ürək-damar xəstəliklərinə, hipertoniya və qanazlığına çox müsbət təsir göstərir. Təbii ki, göycə istehsalının artması onun xarici bazarlara ixracını da aktuallaşdırır. Bəs göycə ixrac məhsulu kimi necə məhsuldur və bu məhsulu xarici bazarlarda necə təqdim edə bilərik?
Suala ümumi cavab versək, deyə bilərik ki, Naxçıvanda yetişdirilən bütün meyvələr dadına görə digərlərindən seçilir və bu da onların xarici bazarlarda rəqabətliliyini artırır. Ancaq burada əsas məqam ondan ibarətdir ki, Naxçıvan meyvələrinin dadı, əsasən, ölkədaxili bazar üçün tanışdır. Buraya qismən də MDB məkanının bazarlarını əlavə edə bilərik (Azərbaycan məhsulu kimi). Ancaq bu gün Naxçıvan məhsullarının yeni-yeni fəth etdiyi Yaxın Şərq və Mərkəzi Avropa bazarlarını nəzərə alsaq, aqrar məhsullarımızın tanıdılması üçün qarşıda görəcəyimiz işlərin daha çox olacağını indidən düşünməliyik. Konkret olaraq göycəyə gəldikdə isə heç bir bazarda göycə ilə rəqabət aparacaq analoji məhsul yoxdur. Amma istisna olaraq bildirək ki, bu gün kənd təsərrüfatı məhsullarının satıldığı xarici bazarlarda vaxtından əvvəl, kal vəziyyətdə qablaşdırılaraq bazara çıxarılan alça məhsulları var. Bu məhsullar böyük alıcı kütləsini cəlb etməsə də, turş meyvə sevənlər və müalicə məqsədilə ona pul xərcləyənlər var. Amma göycənin damaq ləzzətinə xitab edən alıcı kütləsinin həcmi daha böyükdür. Buna görə də biz bu milli meyvəni brend məhsul olaraq təqdim etməyi bacarmalıyıq. Bir məhsulu brend adlandırmaq isə dillə mümkün deyil. İstənilən brendin arxasında güclü marketinq kommunikasiyası və illərin zəhməti dayanır.
Bu gün aqrar məhsulların bazar təqdimatı ilə məşğul olan marketoloqların gəldiyi ümumi qənaət belədir ki, qablaşdırma məhsula verilən ilk dəyərdir. Digər dəyəri isə alıcı ondan istifadə etdikdə hiss edir. Baxmayaraq ki, bu gün ən məşhur aqrobazarlarda belə, məhsullar həm açıq, həm də qablaşdırılmış şəkildə təqdim olunur. Bunun da özünəməxsus səbəbləri var. Məsələn, bu ilin mart ayında Fransa və Polşanın aqrar məhsullar üzrə mütəxəssislərinin keçirdiyi onlayn brifinqdə (brifinq pandemiya dövründə yaz məhsullarının bazarda təqdimatına həsr olunmuşdu) aqrar məhsulların tam qablaşdırılmamasının bir səbəbi də istehlakçıların məhsula toxunaraq almaq qərarını verməsi ilə bağlı idi. Digər tərəfdən bu gün dünyada yazın ilk meyvə və ya giləmeyvə məhsullarının satışı təcrübəsi də mövcuddur. Təsadüfi deyil ki, gilas mövsümündə qardaş Türkiyə Respublikasında bu məhsulun tədarükçüləri göycə kimi satış müddəti o qədər də çox olmayan bu giləmeyvəni 6, 8, 10, 14 ədəd böyük və kiçik ölçüdə olmaqla, qablaşdıraraq Latın Amerikası ölkələrinədək ixrac edirlər. Və yaxud bu gün Pribaltika bazarlarında Mərkəzi Avropadan, Qafqaz regionundan gətirilmiş bir sıra meyvələrin kiçik qablaşdırmalarda, bəzi hallarda isə ədədlə satıldığı heç kimə sirr deyil. Yəni demək istədiyimiz odur ki, əgər bu gün Ordubad limonunu kiloqramla satışa çıxarsaq, biz onun satışından çox dəyərini əlindən alacağıq. Bu qeyd etdiklərimizi göycəyə də aid edə bilərik. Əgər biz Naxçıvan göycəsini şəffaf plastik qutularda diametrinə görə müxtəlif saylarla və ya kiçik qramlar vasitəsilə bazara təqdim etsək, bu həm də məhsula verilən dəyər olar. Digər tərəfdən əgər bu məhsulu dünyada yeganə olaraq biz yetişdiririksə, deməli, ondan istifadə qaydalarını da biz təlqin etməliyik. Məsələn, bu cür qablaşdırmalara 5, 10 qramlıq polietilen paketlərdə Naxçıvanın 5000 illik qaya duzunun yerləşdirilməsi həm də ənənəvi mədəniyyətin təbliği olmazmı? Bu misalları gətirməkdə məqsədimiz odur ki, ata-babalarımızın yüzilliklərboyu toplayıb bizə çatdırdığı əkinçilik mədəniyyətini, təcrübəni, dəyərləri bu gün dünyaya təqdim etmək imkanı yaranıb. Biz bu dəyəri artıra da, məhv də edə bilərik, yəni hər şey özümüzdən asılıdır.
Sonda onu da vurğulayaq ki, göycə, həqiqətən, bir meyvə olmaqla yanaşı, həm də Naxçıvanın illərlə yaşadılan dəyəridir. Ona görə dəyəridir ki, Ulu Yaradan onun yalnız burada yetişməsini məsləhət bilib. Təsadüfi deyil ki, Yaradanın bizə bəxş etdiyi bu nemətin ən böyük təbliğatçısı ümummilli liderimiz Heydər Əliyev olub. Kameralar qarşısında jurnalistlərlə söhbətində göycə haqqında həvəslə məlumat verməsi, təbii ki, ulu öndərin bu meyvəni hər kəsə tanıtdırmaq istəyindən irəli gəlirdi. Və son misal…
İllərboyu nar, üzüm, ərik davası edən mənfur ermənilər təkcə göycəni özününküləşdirə bilmədilər. Səbəb isə sadədir: göycə yalnız Naxçıvanda yetişir!
Səbuhi Həsənov
Müştərilərin xəbərləri

"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün çempionat yekunlaşdı
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda elektron xidmətlərdən istifadənin dairəsi genişlənib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan qızıl ixracından gəlirini təxminən 6 dəfə artırıb
-
3 saat əvvəl
Azərbaycanın əczaçılıq şirkəti Səudiyyə Ərəbistanının holdinqi ilə anlaşıb
-
3 saat əvvəl
Naxçıvan İqtisadiyyat Nazirliyində istifadə edilən rəqəmsal yeniliklər təqdim olunub
-
4 saat əvvəl
Naxçıvanda müasir Hərracların Təşkili Mərkəzi istifadəyə verilib
- 4 saat əvvəl
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"EKOLİZİNQ" dollar ilə borc alır - ŞƏRTLƏR

“AzerGold”da növbəti iclas

Mərkəzi Bank iri banka icrası məcburi sərəncam verib

Naxçıvan İqtisadiyyat Nazirliyində istifadə edilən rəqəmsal yeniliklər təqdim olunub
.jpg)
“Azərsun Holdinq” mükafata layiq görüldü

Azərbaycan Çindən 26 milyon dollara 7 lokomotiv alır
Ən çox oxunanlar

"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi

16 avtobus marşrutu bu şirkətlərə və sahibkarlara verildi

"İnvest-AZ"ın gəlirləri 14 faizdən çox artıb
.jpg)
Azərbaycan və Səudiyyə Ərəbistanı sərnişin axınının artırılmasını müzakirə edib - AZAL-DA GÖRÜŞ

“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

ABB-nin iştirakı ilə 31 000-dən çox ağac əkilir!

BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI
