Qarşıdurma riskini minimuma endirmək üçün bizim Ermənistanla sülh razılaşmasına, sərhədlərin delimitasiyasına ehtiyacımız var"
Xəbər verildiyi kimi, mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib.
Marja xəbər verir ki, Prezident müzakirələrdə bildirib ki, Müharibəyə son qoymaq, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün bizim Ermənistanla sülh razılaşmasına, sərhədlərin delimitasiyasına ehtiyacımız var:
“Ermənistan siyasi cəhətdən, iqtisadi cəhətdən, hərbi cəhətdən tamamilə asılı ölkədir və səbəb işğaldır. Əgər işğal olmasaydı, Ermənistanın müstəqil və ya yarımmüstəqil xarici siyasət qurmaq üçün daha çox təsir vasitələri, daha çox imkanları olardı. Lakin nə baş verməsindən asılı olmayaraq, biz bir daha gələcəyə baxmalıyıq. Mən dəfələrlə açıq şəkildə demişəm ki, biz səhifəni bağlamalıyıq, gələcəyə baxmalıyıq. Biz artıq təklif vermişik, lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi cavab verməyib. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırıq. Müharibəyə son qoymaq, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün bizim Ermənistanla sülh razılaşmasına, sərhədlərin delimitasiyasına ehtiyacımız var. Bütün bunlar üçün birgə səylərə ehtiyac var, biz bunu birtərəfli qaydada edə bilmərik. Eyni zamanda, müharibə dayanandan - noyabrın 10-dan sonra hazır olduğumuzu, mühüm məsələlər üzərində birlikdə işləməyə hazır olduğumuzu nümayiş etdirmək üçün bir neçə dəfə mühüm jest etdik. Onlardan biri humanitar məsələ idi. Biz müharibə zamanı saxlanılanların hamısını, o cümlədən Ermənistan qoşunları qaçıb gedərkən tərk edilən mülki şəxsləri dərhal azad etdik. Biz çox sayda yaşlı erməninin qayğısına qaldıq, onları xəstəxanaya yerləşdirdik və Qırmızı Xaça təhvil verdik, onlar sağ-salamat geri qayıtdılar.
Onlar 1990-cı illərin əvvəlində bizim torpaqları işğal edəndə bunun eynisini etməmişdilər. Biz meşələrdə, dağlarda cəsədləri axtarırdıq. Biz təxminən 1600 əsgərin cəsədini Ermənistana qaytardıq. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra demək olar 4000 Azərbaycan hərbçisi hələ də itkindir, onların əksəriyyəti qətlə yetirilib və onlar bizə heç bir cəsəd qaytarmayıb. Fərq budur. Bundan əlavə, müharibə dayanandan sonra bizdə 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan bizə minaların xəritəsini verməkdən imtina edir. Biz dəqiq bilirik ki, onlarda bəlkə də azı bir milyon minanın basdırıldığını göstərən xəritə var. Onlar bunu bizə verməkdən imtina edir. Bilirsiniz ki, minaların təmizlənməsi çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır. Biz əraziləri bərpa etməliyik, minalar təmizlənmədən bu, mümkün deyil.
Hazırda biz Ermənistan vətəndaşlarına bizim işğaldan azad etdiyimiz ərazilərdən keçərək Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadə etməyə icazə veririk. Bu, xoş məramın daha bir göstəricisidir. Biz Rusiyanın “Qazprom” şirkətinə Azərbaycan ərazisindən Ermənistana təbii qaz nəql etməyə icazə verdik, çünki Rusiya tərəfdə təmir işləri gedirdi. Bir aydan çox müddətdə erməni istehlakçılar qazı Azərbaycandan əldə edirdilər. Bəs, Ermənistan hökuməti öz xalqını bu barədə məlumatlandırdımı? Xeyr. Hətta bu yaxınlarda bizim könüllü şəkildə azad etdiyimiz həmin saxlanılan 14 hərbçiyə görə onlar təşəkkür belə etmədilər. Onlar hər kəsə təşəkkür etdi. Rusiyalı sülhməramlılara təşəkkür etdi. ABŞ administrasiyasına təşəkkür etdi. Amma bizə, həmin şəxsləri azad edənlərə təşəkkür etmədilər. Bu, onu göstərir ki, onlar normal davranışa hazır deyillər. Onlar Azərbaycanı iblisləşdirməyə son qoymağa hazır deyillər. Bu gün “azərbaycanlı” erməni siyasi lüğətində ən pis təhqirdir. Onlar bir-birini təhqir etmək istəyəndə, bir-birini azərbaycanlı adlandırırlar. Bu, ölkəni idarə etmək istəyən şəxslər üçün qəbuledilməzdir. Lakin yenə də biz nə təklif etmişik. Biz nəqliyyat məsələlərində, xüsusilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələləri ilə bağlı əməkdaşlıq təklif etmişik. Eyni zamanda, Ermənistanın iki yaxın dostu ilə - Rusiya və İranla dəmir yolu əlaqəsi olacaq. Bu dəmir yolu əlaqəsi mövcud deyil. Beləliklə, biz bunu təklif etdik və sizə deyə bilərəm ki, proses gedir. Proses başlayıb, bu, asan deyil, lakin başlayıb”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
“Qırmızı Körpü”də TIR böhranı: Sürücülər günlərlə sərhəddədir, Gömrük xidmətləri hələ plan qururlar
-
6 saat əvvəl
Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini MSolution-a etibar etdi ®
-
6 saat əvvəl
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
-
6 saat əvvəl
"Bu il təxminən 2500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik"
-
7 saat əvvəl
Azərbaycan xarici yağların alışına 7 ayda 262 milyon dollar xərcləyib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
Azərbaycan daha az buğdaya daha çox pul ödəyib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
Bir sıra proqnozlar yenilənib
“75/25 Şok yay” kampaniyası davam edir ®
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir












.png)











