Ərdoğanın fərmanı Türk Lirəsi üçün çox pis nəticələndi - KƏSKİN UCUZLAŞDI
ABŞ dolları 8,40 Türk lirəsinə yüksəlib.Türkiyə Mərkəzi Bankı (TCMB) sədrinin şənbə günü dəyişdirilməsilə əlaqədar olaraq Türk lirəsi kəskin ucuzlaşıb.
Marja xəbər verir ki, bu gün ilk əməliyyatlarda dollar / TL məzənnəsi 16% artıb və 8,40 səviyyəsini keçib (8,4786-nı görüb).
Dollar / TL məzənnəsi keçən həftə 7.21 səviyyəsində bağlanmışdı.
Dolar/TL məzənnəsində rekord ən yüksək səviyyə 8,5803-dür.
Kavcıoğlu, TCMB-də Ağbalın yerinə təyin edilib
Naci Ağbal, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şənbə gününün ilk saatlarında Rəsmi Qəzetdə dərc olunan fərmanı ilə vəzifəsindən azad edilib, Şahap Kavcıoğlu TCMB-nin sədri təyin edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan, faiz dərəcəsini cəmi 8,75 bənd artıran Naci Ağbalı Mərkəzi Bankın rəhbəri vəzifəsindən uzaqlaşdırıb və əvəzinə onun kimi yüksək faiz dərəcələrini tənqid edən Şahap Kavcıoğlunu təyin edib.
Vəzifədən azadetmə və təyinat Prezident Fərmanı ilə baş verib. Şənbə günü Rəsmi Qəzetdə yayımlanan qərar, TCMB-nin faizini gözləniləndən daha çox artıraraq 19%-ə qaldırdıqdan iki gün sonra verilib.
Naci Ağbal ötən ilin noyabr ayında Mərkəzi Bankın sədri təyin edilmişdi.
TCMB-nin yeni sədri Şahap Kavcıoğlu ilk açıqlamasında inflyasiyada qalıcı bir azalma əldə etməyi hədəflədiyini vurğulamışdır.
TCMB sədri Kavcıoğlu kommersiya banklarının sədrləri ilə də iclas keçirib və kritik mesajlar verib. İclasda Kavcıoğlu, Mərkəzi Bankın əsas prioriteti olan inflyasiya ilə mübarizənin davam edəcəyini vurğulayıb.
Onun sözlərinə görə, yeni dövrdə Mərkəzi Bankın siyasətində bir dəyişiklik olmayacaq. İclasda təqvim xaricində pul siyasəti komitəsinin iclasının olmayacağı da bildirilib.
Ötən həftənin cümə axşamı günü Türkiyə Mərkəzi Bankı faizini 17%-dən 19%-ə qaldırmışdır. Analitiklərə görə, bundan sonra Naci Ağbalın vəzifədən azad edilməsi investorların etibarına zərbə vurub və onlarda yeni sədrin yüksək faizə qarşı olacağı narahatlığı var.
Ağbal dövründə faizin artırılması ilə dollar / TL məzənnəsi fevral ayında 8.57-dən 6.89-a qədər geriləsə də, sonrakı dövrdə məzənnə üç səbəbdən yenidən artdı.
ABŞ-da istiqraz gəlirliliyinin artması, neftin bahalaşması və Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarının sıfırdan da aşağı düşdüyü iddiaları məzənnəni 7:50 səviyyəsinə yüksəltdi.
Bunlardan sonra Mərkəzi Bankın Pul Siyasəti Komitəsi, faizi Cümə axşamı günü 2 bənd artıraraq 19%-ə yüksəltdi. Bu qərardan sonra dolların məzənnəsi cümə günü 7.20 səviyyəsinidən də aşağı düşdü.
Lakin şənbə günü Naci Ağbalın vəzifəsindən azad edilməsindən sonra Mərkəzi Bankın faiz siyasəti ilə bağlı suallar ortaya çıxdı və yeni sədrin yüksək faiz dərəcəsinə qarşı olacağı barədə məlumatlar dolların məzənnəsinin yenidən artmasına səbəb oldu.
İndi Ağbal dövründə yüksək faiz və sərt pul siyasəti vədləri ilə Türkiyəyə daxil olmuş təxminən 18 milyard dollarlıq "isti" pulun istiqamətinin necə olacağı maraq mövzusudur.
HƏMÇİNİN OXU: Türkiyə Mərkəzi Bankının sədri vəzifədən azad edildi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
“Qırmızı Körpü”də TIR böhranı: Sürücülər günlərlə sərhəddədir, Gömrük xidmətləri hələ plan qururlar
-
3 saat əvvəl
Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini MSolution-a etibar etdi ®
-
3 saat əvvəl
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
-
3 saat əvvəl
"Bu il təxminən 2500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik"
-
4 saat əvvəl
Azərbaycan xarici yağların alışına 7 ayda 262 milyon dollar xərcləyib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
Azərbaycan daha az buğdaya daha çox pul ödəyib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
Bir sıra proqnozlar yenilənib
“75/25 Şok yay” kampaniyası davam edir ®
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir










.png)












