Pandemiya çatdırılma şirkətlərinin bazar dəyərini artırıb
Davam etməkdə olan koronavirus pandemiyası çatdırılma xidmətləri həyata keçirən şirkətlərin bazar dəyərini və səhmlərin qiymətini ciddi şəkildə artırıb.
Marja xəbər verir ki, Böyük Britaniyanın ən iri qida və ərzaq çatdırılması şirkətlər qrupundan olan Deliveroo London birjasında həyata keçiriləcək Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsi və satışında 10 milyard dollar bazar dəyərinə çatacağını hədəfləyir.
Şirkətlər qrupunun toplantısında iştirak edən şəxslərin məlumatına görə, Deliveroo bununla London birjasında qiymətli kağızların hərraca buraxılması qaydalarını yeniləmək və 2021-ci ildə ən böyük bazar dəyəri qazanan şirkət olmaq niyyətindədir.
Əgər London şirkəti özünün qoyduğu qiymət hədəfinə çatsa və 7 milyard funt-sterlinqdən artıq bazar kapitallaşması əldə etsə, o zaman FTSE 100 birja indeksinin texnoloji şirkətlərindən biri olan “Sage”dən və 2020-ci ildə Böyük Britaniyada son 5 ilin ən böyük Səhm Yerləşdirməsini həyata keçirən elektron ticarət qrupu olan The Hut Group-dan daha çox bazar dəyəri qazanacaqdır.
2013-cü ildə təsis edilən şirkət ötən dövr ərzində sürətlə böyümüşdür. 2019-cu ildə qlobal milyarderlər siyahısında liderlərdən olan Ceff Bezosun rəhbərlik etdiyi Amazon şirkəti Deliveroo-nun səhmlərinin 16 faizlik hissəsini əldə etmiş və şirkətə iri məbləğli investisiyalar yatırmışdır. Cari ilin yanvar ayında baş tutan özəl maliyyələşdirmədə Deliveroo-nun cəmi səhmlərinin bazar dəyəri təxminən 7 milyard dollar səviyyəsində qiymətləndirilmişdir, bu isə Amazon qrupunun 2019-cu ildə şirkətə yatırdığı investisiyadan bəri dəyərin ikiqat artması deməkdir.
Pandemiya səbəbindən tətbiq edilən məhdudiyyətlər və restoranların bağlanması yemək çatdırılması xidmətlərinə tələbatı kəskin şəkildə artırmışdır, bu isə Deloveroo-nun demək olar ki, bənzəri olan ABŞ-ın qida çatdırılması xidməti DoorDash-ın ötən ilin dekabrında Nyu-York birjasında Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsində 60 milyard dollar dəyər qazanmasına təkan vermişdir. Deliveroo-nun ən yaxın Avropa rəqibi Just Eat Takeaway.com hazırda FTSE 100 birja indeksində 10.1 milyard funt-sterlinq qiymətində dəyərləndirilir.
Böyük Britaniyanın Xəzinədarlıq naziri Rişi Sunak şirkət səhmdarlarına birjaya çıxdıqdan sonra da səhmlərin əsas hissəsi üzərində nəzarətə imkan verən səhmlərin yerləşdirilməsi qaydalarına dəyişikliyi təsdiqləmişdir, bu isə Deliveroo və bir sıra digər sürətlə böyüyən texnoloji şirkətləri səhm birjasına çıxmağa və yeni investisiyalar cəlb etməyə həvəsləndirir.
Bu qərar Avropa İttifaqının sabiq maliyyə xidmətləri komissarı Lord Conathan Hillin Böyük Britaniyada qiymətli kağızların birjalarda yerləşdirilməsi qaydalarını yumşaltmağa dair bu yaxınlarda açıqladığı tövsiyələrlə üst-üstə düşür. Əsas təkliflərdən biri iki sinifli səhm strukturunun tətbiq edilməsidir, bu isə şirkətlərin təsisçilərinə və əsas səhmdarlarına öz səhmlərini birjalarda satdıqdan sonra da, səs hüququnu saxlamaq imkanı verir. Belə olan halda Deliveroo kimi gənc və sürətlə inkişaf edən texnoloji şirkətlərin London Birjasına marağı artacaqdır, bu isə, ona Nyu-York və Amsterdam birjaları ilə amansız rəqabətdə üstünlük vəd edir.
Bu halda, həmçinin Deliveroo-nun həmtəsisçisi və baş icraçı direktoru Uill Şu da şirkətdə öz səhm payını qoruyub saxlayacaqdır. İki sinifli səhm strukturu ABŞ-ın Silikon Vadisində geniş yayılmış mexanizmdir, Facebook və Google kimi texnoloji nəhənglərin rəhbərləri (FB şefi Mark Zuckerberg, Google-un həmtəsisçiləri Larry Page və Sergey Brin) də bu sxemdən geniş şəkildə yararlanır.
Müştərilərin xəbərləri
“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK
SON XƏBƏRLƏR
- 2 gün sonra
-
1 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
16 saat sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 13 d. əvvəl
-
30 d. əvvəl
Neft, Trampın “ABŞ İranı sərt vuracaq” açıqlamasından sonra 7% bahalaşıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
İlon Mask X-i maliyyə platformasına çevirir: “X Money” istifadəyə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Trampdan İrana yeni təhdid - “Onları sərt şəkildə vuracağıq, ağır zərbə alacaqlar”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
FED faiz qərarını açıqladı
“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK
Azərbaycanda avtomobil kreditlərinin orta faizi yüksəlib
Ən çox oxunanlar
Taleh Kazımov bankların rəhbər şəxsləri ilə görüşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmlak bazarında qiymət sıçrayışı: Yasamal artımda liderdir
Kredit bazarında "qırmızı işıq": Gecikmiş borclar 37% artıb
"TuranBank" Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyasından 2 milyon dollar da cəlb edib








.webp)











