Azərbaycan pərakəndə ticarət sektorunda ilk: OBA startap ekosisteminə dəstək proqramına start verdi
10 000 manatlıq mükafat fondu nəzərdə tutulub. OBA Marketlər şəbəkəsi üçün ən yaxşı innovativ həlli təklief edən bu pula sahib olacaq.OBA Marketlər şəbəkəsi innovativ düşüncəni təşviq etmək və startap ekosisteminin inkişafına töhfə vermək məqsədilə SİD (Startap, İnnovasiya, Dəstək) layihəsini ictimaiyyətə təqdim edib. Layihə pərakəndə satış sahəsində ilk innovasiya proqramı olmaqla, həm startapların, həm də işçi heyətinin ideyalarının reallaşdırılmasını hədəfləyir.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Veysəloğlu Şirkətlər Qrupunun Təsisçisi və Baş direktoru Aydın Talıbov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov iştirak ediblər.
“Sənin ideyan dəstəklənir” şüarı altında həyata keçirilən SİD layihəsi yaradıcı təşəbbüslərin inkişafına təkan verməklə yanaşı, OBA-da əməliyyatların optimallaşdırılmasına, innovativ həllərin tətbiqinə və ümumilikdə Azərbaycanın startap ekosisteminin şaxələndirilməsinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov sözügedən layihə ilə bağlı bildirib ki, seçilmiş 33 startap üçün effektiv inkubasiya mühitinin formalaşdırılması məqsədilə "İnnovasiyalar Mərkəzi" öz resurslarını paylaşmağa hazırdır. Bu əməkdaşlıq dövlət və özəl sektor tərəfdaşlığının parlaq nümunəsidir və biz OBA-nın təşəbbüsünü yüksək qiymətləndiririk.
Veysəloğlu Şirkətlər Qrupunun Təsisçisi və Baş direktoru Aydın Talıbov layihənin təqdimatında çıxış edərək Qrupun innovasiyaya baxışını belə ifadə edib:
“Şirkətlər Qrupumuz innovasiyaları gələcəyə aparan əsas hərəkətverici qüvvə kimi görür. Bizim üçün gənclərin innovativ düşüncəsi və sahibkarlıq ruhu yeni imkanların qapısını açır. OBA-nın bu təşəbbüsü pərakəndə sektorunda ilk və nümunəvi addımdır. Əminəm ki, bu layihə sektorun digər iştirakçıları üçün də ilham mənbəyinə çevriləcək.”
OBA marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova layihə ilə bağlı bildirib: “OBA olaraq biz hər zaman yeniliyə, inkişafa və əməkdaşlığa açığıq. SİD layihəsi bizim üçün sadəcə bir startap proqramı deyil bu, OBA-nın rəqəmsal gələcəyini formalaşdıracaq ideyaların başlanğıcıdır. Əminik ki, bu təşəbbüs sayəsində həm gənclər öz potensialını reallaşdıracaq, həm də pərakəndə ticarət sahəsində daha çevik və innovativ yanaşmalar formalaşacaq.”
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov isə çıxışında layihənin əhəmiyyətini vurğulayaraq deyib: “OBA marketlər şəbəkəsinin bu təşəbbüsü ölkəmizdə korporativ mühitdə innovasiyanın tətbiqi baxımından mühüm addımdır. Biz inanırıq ki, dövlət və özəl sektorun bu cür birgə təşəbbüsləri startap ekosisteminin dayanıqlı inkişafına xidmət edəcək.”
Qeyd edək k, müvafiq layihəyə ümumilikdə 183 komanda müraciət edib. Onların arasından 33 ən perspektivli komanda növbəti mərhələyə seçilib. Keçirilən rəsmi açılış marafonu zamanı bu komandalar öz ideyalarını qonaqlara təqdim edib və pərakəndə ticarət sektorunda tətbiq oluna biləcək innovativ həllərin ilkin mərhələsinə start veriblər.
Marafon müddətində iştirakçılar inkubasiya mərhələsi çərçivəsində mentor dəstəyi alacaq, prototiplər hazırlayacaq və yekun təqdimatlarını münsiflər heyətinə təqdim edəcəklər. Qiymətləndirmə meyarlarına problemin aktuallığı, innovativlik, iqtisadi səmərəlilik və texnoloji əsaslılıq daxildir.
Layihə çərçivəsində ümumilikdə 10 000 manatlıq mükafat fondu nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)







