İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı
İqtisadi Zonaların İnkişafı Agentliyi - sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.
Prezident İlham Əliyev sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Marja xəbər verir ki, Fərmana əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.
İqtisadi Zonaların İnkişafı Agentliyi - sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.
“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlak agentliyin balansına veriləcək. “Sumqayıt Kimya Sənaye Parkı” MMC öz fəaliyyətini davam etdirəcək.
“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlak agentliyin balansına veriləcək. “Sumqayıt Kimya Sənaye Parkı” MMC öz fəaliyyətini davam etdirəcək.
XXX
Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların davam etdirilməsi, ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir;
2.2. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
2.3. Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirir;
2.4. Müşahidə Şurasının 4 (dörd) üzvünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 3 (üç) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:
2.4.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
2.4.2. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;
2.4.3. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
2.5. Müşahidə Şurasının sədri və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
3. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlara dəyişiklik edilməsi;
3.1.2. Agentliyin ləğvi və yenidən təşkili.
3.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. iki ay müddətində:
4.1.1. Agentliyin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.1.2. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:
4.2.1. Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görsün;
4.2.2. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Aidiyyəti dövlət qurumları bu Fərmanın 2.4-cü bəndinə uyğun olaraq Agentliyin Müşahidə Şurası üzvlərinin təyin olunmasını bir ay müddətində təmin etsinlər.
6. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək:
6.1. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini davam etdirsin;
6.2. sənaye parklarının və sənaye məhəllələrinin fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı məsələlərin tənzimlənməsi bu Fərman qüvvəyə mindiyi günədək mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilsin.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
7.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
7.2. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin qiymətləndirilməsini altı ay müddətində həyata keçirsin və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 yanvar 2021-ci il.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 gün əvvəl
-
2 gün əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
3 gün əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
3 gün əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
3 gün əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 3 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Xalq Bankdan Novruza özəl endirim təklifi
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Ən çox oxunanlar
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib

















