"Banklar konvertasiya sifarişlərimizi təmin etmirlər"
Azərbaycanda nağdsız dollar satışının dayandırıldığı bildirilirAzərbaycandakı iş adamları nağdız valyuta əməliyyatlarında çətinlik ilə qarşılaşdıqlarını iddia edirlər.
Sahibkarların Marja-ya verdikləri məlumata görə, banklar şirkətlərin və fərdi sahibkarların xaricə köçürmə tapşırıqlarını "konvertasiya edə bilmədiklərindən" icra etmirlər.
"Biz idxal ilə məşğuluq. Adətən aldığımız malın dəyərini ödəyən zaman hesabımızdakı məbləğ həmən günün məzənnəsi ilə ABŞ dollarına konvertasiya edilir və sonra köçürmə həyata keçirilir. 2021-ci ilin ilk iş günündən banklar bizim konvertasiya (valyutaya dəyişdirilməsi-red) istəklərimizi təmin etmirlər. Bizə verilən məlumata görə, yaranmış vəziyyət bankların valyuta hərracından Dollar ala bilməmələri ilə bağlıdır. Bu absurddur, Mərkəzi Bankın məlumatına görə, bu gün valyuta hərracında banklara 70,6 milyon dollar satılıb. Həmçinin "qara bazar"dan istənilən qədər 1.72 manatdan Dollar tapmaq mümkündür. Bu gün səhər 11 radələrində İnternet Bankinq vasitəsilə konvertasiya əməliyyatı sifariş etmişik, lakin indiyədək sifarişimiz təmin edilməyib. Xarici tərəfdaşlarımıza yaranmış vəziyyəti izah etməkdə çətinlik çəkirik. Digər tanış sahibkarlar da eyni vəziyyətlə üzləşiblər",- adının açıqlanmasını istəməyən iş adamı Marja-ya bildirdi.
Məsələ ilə əlaqədar Mərkəzi Banka və adları çəkilən banklara mövqelərini öyrənmək üçün müraciət etmişik. Onların təqdim edəcəkləri halda mövqelərini ictimaiyyətin diqqətinə çatdıracağıq.
Qeyd edək ki, yaranmış vəziyyətin, iddia edildiyi kimi, bir sıra bank əməkdaşları tərəfindən "bankların valyuta hərracından Dollar ala bilməmələri ilə" izah edilməsi inandırıcı deyil. Belə ki, valyuta hərracından alınan Dollar vəsaiti nağd əməliyyatlara yönəldilir.
Mərkəzi Bankın məlumatına görə, 2020-ci ilin 9 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4.1% azalaraq 18.7 milyard ABŞ dolları ekvivalentində olmuşdur. Nağdsız valyuta əməliyyatlarının 86.7%-i ABŞ dollarında, 13.3%-i isə digər valyutalarda aparılmışdır.
Valyuta əməliyyatlarının 36.2%-i banklararası valyuta bazarında (BVB), 63.8%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir. Dövr ərzində BVB-də əməliyyatların 99.3%-i ABŞ dollarında, 0.5%-i avroda, 0.2%-i isə digər valyutalarda aparılmışdır.
BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 11.2 milyard dollar ekvivalentində olmuşdur ki, bunun da 79.4%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 93.6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Həmçinin oxu
Valyuta hərracı keçirildi - NƏTİCƏSİMüştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 54 d. əvvəl
-
2 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























