Azərbaycana daxil olan valyuta xaricə çıxarılana çatmır - 1,8 MİLYARD KƏSİR
Ötən ilin 9 aynda cari əməliyyatlar hesabında 4 milyard dollar profisit olduğu halda bu ilin eyni dövründə 208.3 milyon dollar kəsir yaranıb.Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 milyard 803,7 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 4 milyard 166,8 milyon dollarlıq qalıq yaranmışdı.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 208,3 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), kapital hesabındakı 7,6 milyon dollarlıq kəsir (2,05 dəfə çox), maliyyə hesabındakı 2 105,6 milyon dollarlıq kəsir (6,2 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 517,8 milyon dollarlıq qalıq (2,05% çox) hesabına formalaşıb.
Qeyd edilib ki, xarici mühitin əlverişsiz olduğu bir şəraitdə 2020-ci ilin 9 ayında tədiyə balansının əsas komponenti olan cari əməliyyatlar balansı (CƏB) tarazlığa yaxın olmuşdur. Tədiyə balansına əsasən ixrac qiymətlərinin dəyişimi təsir göstərmişdir. Bu dövrdə qeyri-neft sektoru üzrə CƏBin yaxşılaşması davam etmişdir. Pandemiya şəraitində qeyri-neft sektoru üzrə əmtəə və xidmət idxalının azalması tədiyə balansına tarazlaşdırıcı təsir göstərmişdir.
2020-ci ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının kəsiri 208.3 milyon dollar və ya ÜDM-in 0.7%-ni təşkil etmişdir (ötən ilin müvafiq dövründə 4 mlrd. dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.3 dəfə (5.2 milyard dollar) azalaraq 4 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 19.1% (1 milyard dollar) azalaraq 4.2 milyard dollar məbləğində olmuşdur.
TƏDİYƏ BALANSI NƏDİR?
Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Başqa sözlə, tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir. İnstitusional vahidin rezidentlik statusu onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi və bu əraziyə sıx bağlılığı ilə müəyyən edilir. Tədiyə balansi 4 hissədən ibarətdir: 1. Cari Əməliyyatlar balansı; 2. Kapitalın və maliyyənin hərəkəti balansı; 3. Ehtiyat aktivlərin dəyişməsi və 4. Balanslaşdırıcı maddələr.
Ölkənin cari əməliyyatlardan əldə etdiyi gəlirlər, cari əməliyyatlara çəkilən xərclərdən daha böyükdürsə bu vəziyyət cari profisit (cari əməliyyatlar artıqlığı); Daha kiçikdirsə cari kəsir (cari əməliyyatlar defisiti) olaraq adlandırır.
Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş faktor gəlirlər (əmək haqqı, divident, faiz, renta və digər bu tip ödənişlər) və cari transfertlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
14 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 23 d. əvvəl
-
41 d. əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
49 d. əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Ən çox oxunanlar
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
























