Sərmayəçilər Fed-in yığıncağına fokuslanıb - GÖZLƏNTİLƏR
Sərmayəçilər əlavə təşviq gözləntiləri ilə Fed-in bu ilki son yığıncağına fokuslanıb.Bu həftə ABŞ Mərkəzi Bankının (Fed) 2020-ci il üzrə sonuncu yığıncağı keçiriləcək.
Marja xəbər verir ki, Fed faiz qərarını 16 Dekabr günü Bakı vaxtı ilə saat 23:00-da açıqlayacaq. Fed-in faizində (0,25%) dəyişiklik edəcəyi gözlənilmir, amma Bankın qiymətli kağız alış proqramı ilə bağlı yeniliklər ola bilər.
Bakı vaxtı ilə 23:30-da Fed sədrinin mətbuat konfransı başlayacaq.
Sərmayəçilər bu həftə keçiriləcək ilin son yığıncağını diqqətlə izləyəcəklər və Bankın qiymətli kağız alış proqramına dair yeni xəbərlər olacağını gözləyirlər.
Qızılın qiyməti, ABŞ-da Covid-19 peyvəndləmə üzrə işlərin bu gün başlanması və təşviq paketi danışqılarının davam etməsilə əlaqədar olaraq təxminən "üfüqi" vəziyyətdə qalır.
İki partiyadan millət vəkilləri bazar ertəsi günü 908 milyard dollarlıq bir yardım paketi açıqlayacaqlar, lakin paketin ABŞ Konqresindən keçəcəyinə dair bir zəmanət yoxdur.
Qızıl, koronavirus peyvəndi ilə bağlı irəliləyişlər və "etibarlı limana" olan tələbin azalması ilə ucuzlaşıb. Hazırda qızılın unsiyası 1.835 dollardan ticarət olunur.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
20 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib

























