Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərənlərin hərəkəti ilə bağlı qaydalar açıqlanıb
Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı təlimat açıqlanıb.
Marja-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında yer alıb.
Qərara əsasən, xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinə aşağıdakı hallarda yol verilir: ![]()
- kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, təchizatı, saxlanması, daşınması, emalı, satışı, utilizasiyası ilə bağlı fəaliyyət;
- heyvandarlıq sahəsində fermer fəaliyyəti: baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul), satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası; iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması;
- bitkiçilik sahəsində fermer fəaliyyəti: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması;
- gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, suvarma və kənd təsərrüfatı texnika və materiallarının, aqrokimyəvi maddələrin istehsalı, idxalı, daşınması, satışı, qurulması və tətbiqi;
- aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi; 2.1.6. heyvanlar üçün yem satış məntəqələrinin fəaliyyəti.
Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin və yardımçı sahələrdə fəaliyyət göstərən fermerlər (kənd təsərrüfatı məhsullarının istehsalçıları), tədarükçülər və təchizatçılar; aqronomlar, baytar həkimlər, zootexniklər, süni mayalanma mütəxəssisləri, mövsümi işçilər (budama, alaqlama, məhsul yığımı və s. sahələrdə),
mexanizatorlar (kənd təsərrüfatı texnikalarını idarə etmək hüququ olan şəxslər), həmin sahələr üzrə fəaliyyət göstərən şəxslərin işçiləri ilə rayon və şəhərdaxili, habelə rayonlar və şəhərlərarası hərəkətinə icazə verilir.
Həmçinin xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslər ilə birgə onların istifadəsində olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər – xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin və yardımçı sahələrdə fəaliyyət göstərəcək əməkdaşları barədə məlumatları gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil etdikdən sonra onların şəhərlərarası, rayonlararası, habelə rayon daxilində hərəkətinə (nəqliyyat vasitələri ilə birgə) yol verilir.
Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla, fermerlər (kənd təsərrüfatı məhsullarının istehsalçıları), tədarükçülər və təchizatçılar; aqronomlar, baytar həkimlər, zootexniklər, süni mayalanma mütəxəssisləri, mövsümi işçilər (budama, alaqlama, məhsul yığımı və s. sahələrdə),
mexanizatorlar (kənd təsərrüfatı texnikalarını idarə etmək hüququ olan şəxslər), həmin sahələr üzrə fəaliyyət göstərən şəxslərin işçilərinin hərəkəti aşağıdakı qaydada həyata keçirilir:
- olduğu kənd daxilində - sərbəst qaydada;
-olduğu rayon daxilində (kəndlərarası, rayon-kənd, kənd-rayon) - yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı ilə (1 nömrəli əlavə);
-rayonlar arasında - mexanizator, “Elektron Kənd Təsərrüfatı” informasiya sistemində (bundan sonra - EKTİS) qeydiyyatdan keçmiş fermer, təchizatçı, tədarükçü - olduğu rayon dövlət aqrar inkişaf mərkəzinin (bundan sonra - DAİM), digərləri - olduğu rayon yerli icra hakimiyyəti orqanının arayışı ilə (2 nömrəli əlavə);
- Bakı-Sumqayıt şəhərləri - rayon arasında - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin arayışı ilə (3 nömrəli əlavə).
Bu Təlimatla müəyyən edilən qurumlar müvafiq arayışların verilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər.
Bu Təlimatda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin, habelə bu Təlimatın 4.2-ci bəndi ilə müəyyən edilmiş sənədin üzərlərində olması məcburidir. Təlimatda nəzərdə tutulmuş qaydada hərəkətin təşkili, habelə hərəkət zamanı xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
Təlimatın tələblərinə əməl etməyən DAİM və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) müraciət edə bilərlər. Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Çağrı Mərkəzinə (1003) müraciət edə bilərlər.
Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zəng Mərkəzinə (102) müraciət edə bilərlər. Müraciət əsaslı hesab olunduqda, bu hal əməkdaşın intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
Təlimatın tələblərinin pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 gün əvvəl
-
2 gün əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
3 gün əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
3 gün əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
3 gün əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 3 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Xalq Bankdan Novruza özəl endirim təklifi
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Ən çox oxunanlar
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib


















