"CFA Level I" imtahanı üzrə hazırlıq kursuna START verildi!

Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzdində fəaliyyət göstərir. Mərkəzimiz qabaqcıl yerli və beynəlxalq praktikanı əks etdirən təlim xidmətləri təklif edir. Təlimlərimiz maliyyə bazarı iştirakçılarının peşəkar inkişafı və ictimaiyyətin ümumi maarifləndirilməsini özünə məqsəd seçib.
"CFA Level I" imtahanına hazırlaşanların nəzərinə!
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi "CFA Level I" imtahanı üzrə hazırlıq kursuna START verildi!
Hazırlıq kursu 2017-ci ilin iyun ayından dekabr ayınadək davam edəcək.
Kursun başlanma tarixi: 3 iyun 2017-ci il
Təlim qrafiki:
Çərşənbə axşamı: 19:00 – 21:00
Şənbə: 10:00 – 13:00
CFA (The Chartered Financial Analyst) – Sertifikatlaşdırılmış Maliyyə Analitiki CFA institutu tərəfindən təklif olunan peşəkar dərəcədir. İnstitutun dünyanın 35 ölkəsində 120 000-dən artıq üzvü var. UBS, JP Morgan, Citigroup, Morgan Stanley və BlackRock kimi tanınmış qlobal şirkətlər bu dərəcə sahiblərinə müxtəlif iş imkanları təklif edir. CFA proqramı investorlar və maliyyə peşəkarlarına CFA İnstitutu tərəfindən təklif edilən peşə mandatıdır. Bu investisiyanın idarə edilməsi, maliyyə analizi, portfelin idarə edilməsi, səhmlər, istiqrazlar və törəmə alətləri ilə əlaqəli mövzuların geniş silsiləsini və maliyyənin digər sahələrinə dair ümumi bilikləri əhatə edir. CFA dərəcəsinə layiq görüldükdən sonra namizədlər üçün maliyyə meneceri, risk meneceri, portfel meneceri, tədqiqatçı, məsləhətçi , treyder, büdcənin planlaşdırılması, iqtisadçı, analitik və. s. kimi bir çox karyera imkanları mövcuddur.
CFA Proqramı haqqında ətraflı məlumat əldə etmək üçün növbəti səhifəyə daxil ola bilərsiniz http://www.cfainstitute.org/
CFA-1 imtahanı nə qədər çətin olsa da, maliyyə sahəsi üçün vacib akkreditasiyadır. Namizədlərin keçid sayının 50 %-dən aşağı olması, imtahandan uğurla keçmək üçün düzgün və vaxtında hazırlıq tələb edir. Odur ki, CFA imtahanına öncədən hazırlığa başlayın və təcrübəmizdən irəli gələn yeni metodikamızdan faydalanın.
Təlimçilər:
1) Emil Məmmədsadıxov - CFA Charterholder http://cmtc.gov.az/az/telimciler/4
2) ElnurBabayev - CFA Charterholder http://cmtc.gov.az/az/telimciler/11
3) HikmətSultanov - CFA Charterholder http://www.fmtc.az/az/telimciler/12
4) CəlalBaxışov - CFA lllnamizədi http://cmtc.gov.az/az/telimciler/33
5) LeyliCabbarlı - CFA Charterholder http://cmtc.gov.az/az/telimciler/38
Hər bir təlimçi "CFA Level I" hazırlıq kursunun müxtəlif hissələrini tədris edəcək.
Təlimlər 6 ay çərçivəsində həftədə 2 dəfə keçiriləcək. Hər təlimin müddəti 2-3 saatdır. İlk 5 ay təlim materiallarının mənimsənilməsi, sonuncu 1 ay isə təkrar və imtahana hazırlıq müddəti kimi nəzərdə tutulub. İştirakçılar təlim vəsaitləri ilə Mərkəz tərəfindən təmin olunacaq.
Təlimlər Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzində keçiriləcək. Xidmətlərimizin keyfiyyətinə Mərkəzimiz zəmanət verir! Təlim proqramımızı müvəffəqiyyətlə tamamlayan tələbələr CFA imtahanından hazır və sərbəst şəkildə keçə biləcəklər.
Tədris dili: ingilis
Kursun qiyməti: 260 AZN (aylıq)
Kursun ümumi qiyməti: 1560 AZN
* Qrup şəklində müraciət edənlərə endirimlər təklif olunur.
CFA Proqramına qatılmaq və ilk imtahana qeydiyyatdan keçmək üçün namizədlərdən aşağıdakılardan biri tələb olunur:
- Bakalavr və ya ekvivalent dərəcəyə sahib olmaq,
- Qeydiyyat zamanı bakalavrın sonuncu kursunda oxumaq.
"CFA Level I" imtahanı üzrə hazırlıq kursu haqqında ətraflı məlumat əldə etmək və həmçinin onlayn qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: http://cmtc.gov.az/az/cfa-1-imtahanina-hazirliq-kursu
Bizimlə əlaqə saxlayın:
(+994 12) 498 16 77
info@cmtc.gov.az
www.fmtc.az
Qeydiyyatdan keçməyə tələsin!
Yerlər məhduddur!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 gün əvvəl
Bank Respublika rəhbərliyi və əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yerli sahibkarlar ölkəmizi tərk etmədən Dubaydakı biznesləri üçün xidmətlərdən faydalana biləcəklər
-
1 gün əvvəl
“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı
-
1 gün əvvəl
Birja Bank "BTB" istiqrazıları barədə qərar verdi - ABUNƏ YAZILIŞI BAŞLAYIR
-
1 gün əvvəl
Nazir Mikayıl Cabbarov ərəb ölkəsinin iqtisadiyyat naziri ilə görüş keçirib
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərkosmos” Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
- 1 gün əvvəl
- 1 gün əvvəl

Yüksək gəlirli müəssisələr satışa qoyulub - QİYMƏTLƏR

Prezident koordinator təyin etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Regional kollecdə yeni təyinatlar olub

“İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın təqdimatı keçirilib

BOKT "International” istiqrazlarınının ticarət nəticələri tələblərə cavab vermədiyindən listinqə alınmadı

Milli Depozit Mərkəzi ilə UNEC arasında memorandum imzalanıb

Rusiya Mərkəzi Bankı pauza mövqeyində qalır
