İlk yerli xəstəxana məlumatlarının idarəetmə sistemi - HISAZ
(R) Xəstəxanalar sağlamlıq sisteminin ən əsas hissəsini təşkil edən qurumdur. Başqa sözlə desək, cəmiyyətdə sağlamlığın qorunması və inkişafı üçün vacib rol oynayan xidmət müəssisəsidir. Elə bu sahədə ölkədə yeni töhfəsini verən “Hisaz” XMİS-in fəaliyyət sistemi ilə bağlı müsahibəni təqdim edirik:1. HISAZ Xəstəxana Məlumatlarının İdarəetmə Sistemi nədir?
- HISAZ Xəstəxana Məlumatlarının İdarəetmə Sistemi ilk yerli və tam funksiyalı, beynəlxalq standartlara uyğun xəstəxana məlumatlarının idarəetmə sistemidir. HISAZ XMİS, proqramlaşdırma sahəsində təcrübəli və peşəkar proqramçılar tərəfindən tərtib edilmişdir və istənilən tibb müəssisəsinin ehtiyaclarına uyğun şəkildə formalaşdırılma imkanına sahibdir. Proqram məlumat bazasının təhlükəsizliyini yüksək səviyyədə təmin edən struktura və modullar sisteminə malikdir, bu da işin təhlükəsiz, keyfiyyətli olması ilə səciyyələnir.
2. HISAZ XMİS hansı xidmətləri təklif edir?
- Peşəkar və yerli heyətimiz tərəfindən yaradılan HISAZ Xəstəxana Məlumatlarının İdarəetmə Sistemi (XMİS) xəstəxana məlumatlarına, Laboratoriya sistemlərinə, Radiologiya Görüntülərinin köçürülməsinə, Maliyyə və Finansın Direktor tərəfindən anında izlənilməsi üçün tam uyğun şəkildə hazırlanmışdır. Sistemimiz hazırda 30-a yaxın modul və 7 xidmət ilə tam funksiyalı xidmət göstərməkdədir.
3. HISAZ beynəlxalq standartlara cavab verir?
- Azərbaycanda ilk U.S FDA Cleared təsdiqli PACS sistemi ilə xidmət göstərməkdəyik. HISAZ Xəstəxana Məlumatlarının İdarəetmə Sistemi, beynəlxalq dərəcəli ISO 9001, ISO 27001, Project Management Professional, Spice kimi sertifikatlara layiq görülmüşdür.
4. PACS Sistemi nədir?
- PACS idarəetmə Sistemi, istədiyiniz yerdən, hər hansı əlavə bir proqram quraşdırılmasına ehtiyac olmadan, radioloji görüntülərinizə çox tez və rahat şəkildə baxmaq imkanı verir, istədiyiniz radioloji görüntüləri digər həkimlər ilə paylaşmanızı təmin edir. Sistemimiz görüntülərə və məlumatlara asanlıqla daxil olmaq üçün üstün inteqrasiya ilə yanaşı ardıcıl və intuitiv interfeys təklif edir. U.S FDA Cleared (Food and Drug Administration) təsdiqli PACS sistemimiz vasitəsi ilə xəstəxana daxilindəki bütün radioloji çəkilişləri istənilən kompyuterdən, tək bir ekrandan izləyə bilərsiniz.
5. Sistem laboratoriya məlumatlarını idarəetmə üstünlüyünə malikdirmi?
- Laboratoriyalarda müştərilərimizə sürətli nəticələr vermək, analitik məlumatları əldə etmək və analizlərin izlənilməsini təmin etmək üçün LİS (Laboratoriya İnformasiya Sistemi) istifadə olunur. Müştərilərimiz sistemimizə etibarlı şəkildə daxil olaraq analiz nəticələrini asanlıqla yaza, baxa, analizlərinin mövcud vəziyyəti haqqında məlumatları ala, keçmiş hesabatlarını sorğulaya və məlumat təhlili aparmaq imkanı əldə edirlər. Tamamilə yerli və təcrübəli mütəxəssislərimiz tərəfindən laboratoriya cihazları ilə inteqrasiya edilən sistemimiz vasitəsi ilə analiz cavablarına onlayn şəkildə baxmaq imkanına əlavə olaraq, analiz nəticələrinin yüksək səviyyədə məxfiliyinin təmin edilməsi ən vacib üstünlüklərimizdən biridir.
6. Sizi fərqləndirən üstünlük nədir?
- Digər proqramlardan fərqli olaraq, ölkə hüdudları daxilində fəaliyyət göstərən HISAZ “Müştəri dəstək xidməti” istənilən yaranmış problemi ən qısa zamanda aradan qaldıra və yeni istəkləri də tez bir zamanda həll etmək kimi üstün xidmət təqdim etməkdədir. Bir ekrandan, eyni anda əməkdaşlıq etdiyimiz bütün xəstəxanalara nəzarət etməklə, yaranmış problemləri anında görür və həll edirik!
Məqsədimiz vahid və tək mərkəzdən idarə olunan informasiya və kommunikasiya texnologiyaları sistemi yaratmaqdır.
Bütün insanların sağlam bir həyat sürməsi üçün çalışırıq!
Müştərilərin xəbərləri
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
13 d. əvvəl
Holdinqin baş mütəxəssisi 1,5 milyon manat mənimsəmədə təqsirləndirilir
- 18 d. əvvəl
-
26 d. əvvəl
Azərbaycan şirkəti rüşvətxorluğa qarşı beynəlxalq sertifikat aldı
-
35 d. əvvəl
Oktyabrın 10-da gözlənilən hava şəraiti - İNTENSİV VƏ GÜCLÜ YAĞIŞ
- 48 d. əvvəl
- 50 d. əvvəl
-
51 d. əvvəl
Ukrayna "Yandex"in daha bir data mərkəzinə PUA zərbəsi endirib
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Nobel Sülh mükafatının laureatı məlum olub
Oktyabrın 10-da gözlənilən hava şəraiti - İNTENSİV VƏ GÜCLÜ YAĞIŞ
Valyuta ehtiyatlarının illik artım tempi kəskin zəiflədi
Ən çox oxunanlar
Azərbaycanın xarici borcu ilə bağlı yeni rəqəm açıqlandı
Ölkə üzrə orta əməkhaqqı açıqlandı
Azərbaycanda inflyasiya göstəricisi açıqlandı
Azad edilmiş ərazilərdə biznes üçün güzəştlər genişləndirildi- Daha 7 sahə vergi və gömrük güzəştlərindən yararlanacaq


























