Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan şirkəti rüşvətxorluğa qarşı beynəlxalq sertifikat aldı

Norm ISO 37001:2025 beynəlxalq sertifikatını əldə edib. Şirkətin daxili nəzarət sistemi beynəlxalq standart üzrə sertifikatlaşdırılıb
AzVak-mobil_resmin_ustu_31
Azərbaycan şirkəti rüşvətxorluğa qarşı beynəlxalq sertifikat aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın sement istehsalçısı "Norm" şirkəti rüşvətxorluğa qarşı idarəetmə sistemləri üzrə beynəlxalq ISO 37001:2025 sertifikatını əldə edib.

Sertifikat şirkətin rüşvətxorluq risklərinin idarə olunması, effektiv daxili nəzarət mexanizmlərinin tətbiqi və etik korporativ mədəniyyətin gücləndirilməsi istiqamətində fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir.

Reklam_3_11

ISO 37001:2025 sertifikatının əldə edilməsi göstərir ki, Norm korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, şəffaflıq və etik biznes prinsiplərinə sadiqdir və fəaliyyətində dürüstlük, şəffaflıq və hesabatlılıq dəyərlərini rəhbər tutur.

Şirkətin CEO-su Henning Sasse:

“Biz mövcud idarəetmə və daxili nəzarət mexanizmlərinin beynəlxalq qabaqcıl təcrübələrə uyğun olaraq davamlı təkmilləşdirilməsini, risklərin effektiv idarə olunmasını və məsuliyyətli biznes yanaşmasının gücləndirilməsini prioritet istiqamələr hesab edirik. ISO 37001:2025 sertifikatının əldə edilməsi bu istiqamətdə atdığımız mühüm addımlardan biridir və bizim bu standartların şirkətin bütün fəaliyyətinə davamlı şəkildə tətbiqi ilə bağlı öhdəliyimizi ifadə edir.” 

Norm Norm sement Norm şirkəti Norm Cement ISO 37001:2025 ISO 37001 sertifikatı antikorrupsiya sertifikatı rüşvətxorluğa qarşı mübarizə korrupsiyaya qarşı idarəetmə sistemi Henning Sasse Norm CEO korporativ idarəetmə daxili nəzarət mexanizmləri risklərin idarə olunması biznes etikası şəffaflıq hesabatlılıq beynəlxalq ISO standartları Azərbaycan sement sənayesi korporativ məsuliyyət.
09.10.2026 12:55
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19