“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Beynəlxalq valyuta birjalarında qlobal iqtisadi və siyasi risklərin, xüsusilə də Amerika prezident seçkisi fonunda qeyri-müəyyənliyin artması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olmaqdadır. EURUSD məzənnəsi də son iki aydır ucuzlaşaraq, hazırda 1.17$-ın altında ticarət edilir.
Beləliklə, avronun gələcək trendi çərşənbə günü açıqlanacaq prezident seçkisinin neticəsindən asılı olacaqdır. Bununla yanaşı, ABŞ və Avrozonadan açıqlanacaq önəmli fundamental göstəricilər baxımından da bu həftə zəngin zamandır.
GBP.
Breksit ticarət sazişinin razılaşdırılması istiqamətində İngiltərə və AB arasında gedən danışıqlar fonunda da müsbət xəbərlərin gecikməsi, funtun əlavə olaraq təzyiq altında qalmasına səbəb olur.
Təhlillərə əsasən, 1.29$-ın altında dalğalanan GBPUSD məzənnəsinin gələcək trendi dollardaki dalğalanmadan, Breksitə dair açıqlanacaq nəticələrdən və İngiltərə Bankının cümə axşamı Bakı vaxtı ilə saat 16:00-da dərc ediləcək yeni siyasi qərarından asılı olacaqdır.
TRY.
USDTRY məzənnəsi bahalaşmaqda davam edir və 8.36TL-nin qırılması ilə məzənnənin 8.60TL-yə kimi də bahalaşması proqnozlaşdırılır. Bununla yanaşı, Türkiyə ilə münasibətlərə önəm verən ABŞ prezidenti Donald Trampın da seçilib-seçilməməsi də lirənin qiymətinə önəmli təsir edə bilər.
OIL.
Enerji bazarlarında Liviya və ABŞ-ın neft hasilatını artırması, inkişaf etmiş ölkələrdə Korona böhranı fonunda karantin tədbirlərinin yenidən gücləndirilməsi, neft qiymətlərinin ucuzlaşmasına səbəb olmaqdadır. Hazırda 37$-ın altında dalğalanan Brent neftinin bir barel qiyməti, 34$-a kimi də ucuzlaşa bilər.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə göstəricilər də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Foreks bazarlarında dolların bahalaşması, əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına səbəb olmaqdadır. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1890$-ın (60.8 $/qram) altında qaldıqca, 1860$-a (59.8 $/qram) kimi dəyər itirə bilər. Bu istiqamətdə treyderlər 1875$-ın (60.3 $/qram) qırılmasını gözləyirlər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-ninAnalitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
19 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib

























