“Ayan” və “Ağ Naftalan” Qazaxıstan bazarına çıxır
Azərbaycanın ixrac missiyası Qazaxıstanın Almata şəhərindədir
İxrac missiyaysına ölkəmizdə meyvə-tərəvəz məhsulları, meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, tikinti materialları, maşınqayırma sənayesi və səhiyyə sahəsində fəaliyyət göstərən 19 şirkətin nümayəndəsi daxildir.
Səfərin ilk günü AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətləri ilə Qazaxıstan şirkətləri arasında ikitərəfli görüşlər keçirilib. 30-a yaxın Qazaxıstan şirkətinin iştirak etdiyi görüşlərdə Azərbaycan və Qazaxıstan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Qazaxıstana ixrac imkanlarına dair müzakirələr aparılıb, Azərbaycanın rəqabətqabiliyyətli məhsulları barədə məlumat verilib.
Tədbir çərçivəsində “Ayan” MMC şirkətinin istehsal etdiyi limonad və mineral suların və “Ağ Naftalan” MMC-nin istehsal etdiyi Naftalan mazının Qazaxıstana ixracına dair danışıqlar aparılır.
İxrac missiyası sabah Qazaxıstanın Astana şəhərində olacaq, Qazaxıstan şirkətləri ilə Azərbaycan məhsullarının bu ölkəyə ixracının genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























