Bu şirkət yun ixracına başlayır - Çinə 2,3 milyon dollarlıq yun göndərəcək
Bir neçə gün öncə yun ixracına başlayan “Fərhad-91” müəssisəsi bu il Çinə 2,3 milyon ABŞ dolları məbləğində 1360 ton yun göndərəcək
Ağcabədi rayonunun Ağabəyli kəndində “Fərhad-91” müəssisəsinin yun emalı fabrikində istehsal edilən yun xaricə ixrac olunmağa başlayıb. Bağlanmış müqaviləyə əsasən, aprelin 17-də ilkin olaraq Çin Xalq Respublikasına 66 ton yun göndərilib. İlin sonunadək Çinə 1360 ton yun ixrac ediləcək ki, bu da ölkəmizə 2,3 milyon ABŞ dolları məbləğində valyuta gətirəcək.
Müəssisənin təsisçisi Mülhazil Balakişiyev müsahibəsində yun fabrikinin fəaliyyətindən və perspektivindən danışaraq deyib:
“Fabrikdə yun tədarükü, emalı və satışına 2002-ci ildən başlanılıb. Prezident İlham Əliyevin bu il yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda digər sahələrlə yanaşı, yunun tədarükü, istehsalı və xaricə ixracı ilə bağlı tapşırıqları fəaliyyətimizi genişləndirməyə stimul verdi. Xarici tərəfdaşlarla əlaqələr yaratdıq və bu ilin martında Çin şirkətləri ilə imzaladığımız müqaviləyə əsasən yun ixracına başladıq. Prezident İlham Əliyev aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində də yunun tədarükünün təşkil edilməsi, yun fabrikinin yaradılmasının vacibliyini bir daha vurğulayıb, bunun fermerlər üçün əlavə qazanc mənbəyi olacağını, ölkəyə isə valyuta gətirəcəyini bildirib. Xaricə yun ixrac etməklə bu işə töhfə verdiyimiz üçün məmnunuq”.
Xarici bazara yol tapmağın çətin olduğunu bildirən sahibkar deyib ki, onların məhsulu yuma və çeşidləmə keyfiyyətinə görə diqqəti cəlb edir. Çinə 3000 ton yuyulmuş yun ixracı üçün razılıq əldə olunub. Eyni zamanda, digər tərəfdaşlarla da məhsul ixracı istiqamətində iş aparılır.
Fabrik ildə 3000-5000 ton yuyulmuş yun istehsal etmək gücünə malikdir. Bu isə daxili tələbatı ödəməklə yanaşı, ixrac üçün də geniş imkan yaradır. “Statistikaya əsasən, Azərbaycanda əhali və fermerlər tərəfindən illik 18 min ton yuyulmamış yun istehsal edilir. Bu yunun 40 faizi demək olar ki, istifadəsiz qalır. Qalan yun yerli bazarda satılır, yaxud fərdi şəkildə istifadə olunur. Yerli bazara satış üçün çıxarılan çirkli yunun miqdarı 6000-6500 ton təşkil edir ki, bu da 3 min tondan çox yuyulmuş yun deməkdir”, - deyə M.Balakişiyev vurğulayıb.
Müəssisə ölkədə satışa çıxarılan bütün yunu yumaq imkanına malikdir. Bunun üçün infrastrukturun yaxşılaşdırılmasına, yun tədarükü məntəqələrinin avadanlıqlarla təchizatına, yardımçı avadanlıqların alınmasına ehtiyac olduğunu bildirən sahibkar deyib: “Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dəstək göstəriləcəyi təqdirdə, yunun əhali və fermerlərdən vaxtında və itkisiz toplanması üçün regionlarda 10 daimi, qışlaq-otlaq sahələrində isə 17 səyyar tədarük məntəqəsi yarada bilərik. Hesablamalara görə, yunun tədarükü, emalı və satışının kompleks həlli 172-si daimi olmaqla, 242 nəfərin işlə təmin olmasına, qoyunçuluqla məşğul olan 30 minə yaxın ailənin maddi təminatının yaxşılaşmasına, həmçinin respublikamıza xarici valyuta axınının artmasına imkan verər. Fabrikimizin istehsal gücü, kadr potensialı, xarici tərəfdaşlarla yaratdığımız əlaqələr dövlətimizin başçısının yun ixracı ilə bağlı qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə şərait yaradır”.
© AZƏRTAC
Müştərilərin xəbərləri
Gəncə Avtomobil Zavodu Çinin 2 şirkətilə saziş imzalayıb- Azərbaycanda ticari və yük avtomobilləri yığılacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 33 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Uzunluğu 1720 metr, hündürülüyü 300 metrdir - İnşası bu ilin sonuna qədər tamamlanacaq
-
2 saat əvvəl
Expressbank “Sahibkarlar Günü” münasibətilə sahibkarlarla görüş keçirib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
PAŞA Bank IPO çərçivəsində investorlarla görüş keçirib
TƏBİB kadr dəyişiklikləri ilə bağlı açıqlama yayıb
Uzunluğu 1720 metr, hündürülüyü 300 metrdir - İnşası bu ilin sonuna qədər tamamlanacaq
Ən çox oxunanlar
"2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında virus olduğu üçün onların "Birbank" tətbiqini bloklamışıq"
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
PULLU Adam olmaq üçün ilk addımını at ®
Gəncə Avtomobil Zavodu Çinin 2 şirkətilə saziş imzalayıb- Azərbaycanda ticari və yük avtomobilləri yığılacaq






.jpg)
.jpg)





.jpg)








