“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Avropa Mərkəzi Bankının Avrozona iqtisadiyyatına dair müsbət açıqlamalarından sonra EURUSD məzənnəsi 1.18$ dəstək səviyyələrinin üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, avro 1.1855$-ın qırılması ilə növbəti artım dalğasına başlaya bilər.
Bununla yanaşı, bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının qərarı da böyük maraqla gözlənilir.
GBP.
Bu həftə GBPUSD məzənnəsinə təsir edəcək önəmli fundamental hadisələr baxımından zəngin həftədir. Belə ki, çərşənbə axşamı saat 10:00-da əmək bazarı, çərşənbə günü saat 10:00-da inflyasiya ilə bağlı göstəricilər və cümə axşamı saat 15:00-da İngiltərə Mərkəzi Bankının qərarı dərc ediləcəkdir. Bu həftə İngiltərə höküməti tərəfindən müzakirə və qəbul ediləcək Breksit ticarət sazişi də investorların diqqət mərkəzində olacaqdır.
Texniki təhlillər isə funtun da bahalaşmağa başlaya biləcəyini proqnozlaşdırmağa əsas verir. 1.2865$-ın qırılması ilə GBPUSD valyuta cütlüyünün qiyməti 1.30$-a kimi bahalaşa bilər.
TRY.
USDTRY məzənnəsi Türkiyədə inflyasiyanın artması amili fonunda bahalaşmaqdadır. Məzənnə 7.50TL-ni qırarsa, 7.54TL-yə kimi də bahalaşacağı proqnozlaşdırılır.
Çərşənbə axşamı saat 12:00-da dövlət büdcə kəsirinə dair yayımlanacaq statistik rəqəmlər də önəmli rol oynayacaqdır.
OIL.
Foreks bazarlarında dolların ucuzlaşması, neft qiymətlərinin dəyər qazanmasına səbəb olur. Beləliklə, 39$-ın üzərində dəstək görən Avropanın Brent neftinin bir barel qiyməti, 41$-ın qırılması ilə 42$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında da qızılın qiyməti 1937$-da (62.3 $/qram) dəstək görməkdədir. Hazırda 1945$-ın (62.5 $/qram) üzərində təklif edilən bir unsiya üzrə qiymət, 1983$-a (63.8 $/qram) kimi də dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
16 saat sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
2 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
2 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























