“PAŞA Bank” ilə sıx işləyirik, 70 milyon manatdan çox investisiya yatırmışıq"
“Xaliq Faiqoğlu” şirkəti avtobus parkının yenilənməsi, müasir istehsalat bazasının yaradılması, müşahidə mərkəzinin qurulması kimi layihələrə son 5 il ərzində 70 milyon manatdan çox investisiya yatırıb.
Marja xəbər verir ki, bunu “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov bildirib.
Qeyd edək ki, ötən ilin Oktyabr ayında Şirkət avtobus parkının yenilənməsi, müasir istehsalat bazasının yaradılması, müşahidə mərkəzinin qurulması kimi layihələrə son 4 il ərzində 37 milyon manatdan çox investisiya yatırdığı açıqlanmışdı. Beləliklə, “Xaliq Faiqoğlu” son 1 ildə investisiyalarını 33 milyon manat artırıb.
Faiq Seyidov qeyd edib ki, “Xaliq Faiqoğlu” “PAŞA Bank”, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Eximbank Türkiye” kimi nüfuzlu bank və maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və ölkəmizə xarici investisiyanın cəlb edilməsi üçün fəaliyyətini daha da gücləndirir. Ötən dövrdə xarici maliyyə qurumlarından 20 milyon manatadək vəsait cəlb edilib ki, bu da şirkət tərəfindən ölkə iqtisadiyyatına xarici investisiyanın yatırılması baxımından əlavə töhfə olub.
“Şirkətimiz 2015-ci ildə yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 2015-ci ildən etibarən “Xaliq Faiqoğlu” şirkəti avtobus parkının ən müasir tələblərə - “Avro-5” və “Avro-6” standartlarına cavab verən nəqliyyat vasitələri ilə yenilənməsinə başlanıb. Ötən dövr ərzində şirkətimiz ümumilikdə 117 ədəd müasir tələblərə cavab verən “Isuzu” və “BMC” markalı avtobusun alınması layihələrini uğurla başa çatdırıb”, - şirkətin rəhbəri bildirib.
2003-cü ildə qurulan “Xaliq Faiqoğlu” şirkətinin hazırda mülkiyyətində 300-dək nəqliyyat vasitəsi var. Hazırda 800 nəfərdən çox işçi heyəti ilə “Xaliq Faiqoğlu” şirkəti müntəzəm sərnişindaşıma sahəsindəki ən böyük özəl daşıyıcı şirkətdir.
DAHA 100 AVTOBUSTA "BAKI KART" TƏTBİQ EDİLƏCƏK
Baş direktor qeyd edib ki, 2016-cı ilin sentyabrın 1-dən isə şirkətin istismarında olan 200-dək avtobusda elektron (“BakıKart”) ödəniş sisteminin tətbiq edilməsinə başlanılıb: "Yaxın vaxtlarda 100-dək digər avtobusda da elektron ödəniş qurğularının quraşdırılması planlaşdırılır. Onu da bildirmək istəyirəm ki, “Xaliq Faiqoğlu” şirkəti iri vergiödəyicisi kimi vergiödəyiciləri arasında öz yerini tutub və vergi öhdəlikləri daim vaxtında, tam olaraq icra edilir. Eyni zamanda, işçi heyətimizin sosial təminatı və sığortası daim diqqətdə saxlanılır".
120 CNG AVTOBUS ALACAQ
Faiq Seyidov əlavə edib ki, layihələr bundan sonra da davam etdiriləcək:
“Qarşıdakı 2 il ərzində avtobus parkımızın böyük hissəsinin yenilənməsi məqsədilə “PAŞA Bank”la həyata keçirdiyimiz layihə çərçivəsində 120 ədəd CNG yanacaq növlü iritutumlu avtobusun alınaraq sərnişinlərimizin istifadəsinə verməyi planlaşdırırıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
40 d. əvvəl
“Rabitəbank”da yeni təyinatlar - Sədrə müavinlər təyin olundu
- 51 d. əvvəl
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır!
-
1 saat əvvəl
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
-
1 saat əvvəl
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
-
2 saat əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Rabitəbank”da yeni təyinatlar - Sədrə müavinlər təyin olundu
Qızılın unsiyasının qiyməti 4800 dollar səviyyələrinə düşüb
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Ən çox oxunanlar
Yaponiya faiz dərəcələrini sabit saxladı
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı






















