Azərbaycanın qeyri neft-qaz sektorunda 2,1 faiz azalma
2020-ci ilin yanvar-may aylarında ölkədə 27 milyard 479,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 2,1 faiz azalmışdır.
ÜDM istehsalının 37,7 faizi sənaye, 11,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi tikinti, 4,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 2759,9 manata bərabər olmuşdur.
NEFT HASİLATI AZALIB, QAZ HASİLATI ARTIB
Komitənin məlumatında qeyd edilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-may aylarında 15,5 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,0 faiz artmışdır.
Sənaye məhsulunun 62,0 faizi mədənçıxarma sektorunda, 31,6 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,1 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 15,5 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 94,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 57,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 37,6 faiz, elektrik avadanlıqlarının istehsalı 26,5 faiz, tütün məmulatlarının istehsalı 26,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 24,6 faiz, kağız və karton istehsalı 15,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,6 faiz, geyim istehsalı 13,0 faiz, hazır metal məmulatlarının istehsalı 7,4 faiz, içkilərin istehsalı 2,9 faiz, neft məhsullarının istehsalı 2,0 faiz, poliqrafiya məhsullarının istehsalı 1,8 faiz, qida məhsullarının istehsalı 1,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 1,6 faiz artmış, mebel istehsalı 1,5 faiz, maşın və avadanlıqların istehsalı 8,2 faiz, tikinti materiallarının istehsalı 9,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 37,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,2 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 13,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5 faiz artmışdır.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 21 saat əvvəl
-
22 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
1 gün əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi






















