Hesab.az-ın qeydiyyatlı istifadəçi sayında böyük artım – ŞİRKƏT QAZANCINI AÇIQLADI
Ötən il “QoldenPey” ASC-nin xalis mənfəəti 10 dəfəyə yaxın artıbAzərbaycanda ən böyük onlayn ödəmələr şirkəti, Hesab.az portalının sahibi “QoldenPey” ASC 2019-cu il üzrə maliyyə və digər göstərcilərini açıqlayıb.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Hesab.az-ın 2018-ci ildə qeydiyyatlı 395 mindən çox olmuş istifadəçi sayı, artıq 2019-ci ildə 497 minə kimi yüksəlmişdir. 2018-ci il ilə müqayisədə 2019-cu ildə qeydiyyatlı istifadəçi sayı 21% artmışdır.
Hazırda isə (May ayına olan məlumat) qeydiyyatlı 530 mindən çox yetərincə böyük istifadəçi kütləsi ilə dayanmadan böyüyən bir sistemə çevrilmişdir.
“Rəqəmlərdən də göründüyü kimi say etibariylə ciddi artım nəzərə çarpır. Buna Hesab.az-ın il ərzində təqdim etdikləri funksional yenilikləri, həmçinin də həyata keçirilən kampaniyalar səbəb olur”,- məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, “QoldenPey” ASC-nin 2019-cu il maliyyə nəticələrində əvvəlki il ilə müqayisədə ciddi artım nəzərə alınmışdır. Belə ki, 2019-cu ilin ümumi dövriyyəsi 267 milyon 703 min 260 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 37% artım deməkdir (2018: 196 milyon 52 min 79 manat).
2019-cu ilin gəlirləri 4 milyon 32 min 834 manat olmuşdur və əvvəlki ilin analoji dövrü ilə müqayisədə 32% artmışdır (2018: 3 milyon 57 min 148 manat).
2019-cu ilin xalis mənfəəti 323 min 447 manat olmuşdur və bunla da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 10 dəfəyə yaxın artım olduğu görünür (2018: 33 min 911 manat zərər).
2019-cu il sonu etibarilə “QoldenPey” ASC-nin cəmi aktivləri 2 milyon 310 min 611 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 37% artmışdır (2018: 1 milyon 682 min 55 manat). 2019-cu il sonu etibarilə cəmi kapital (xalis aktivlər) 341 min 676 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 1774% artmışdır (2018: 18 min 229 manat).
“2018-ci ilin nəticələrində əks olunan marketinq və məhsulların inkişafı üçün sərf edilən maliyyə vəsaitlərinin Hesab.az-ın 2019-cu il maliyyə nəticələrinin daha da artmasında və istifadəçi saylarındakı böyük artımda özünü ciddi şəkildə biruzə verdi. Şirkətin ümumi fəaliyyət strategiyası və mövcud bazarda lider olmağa doğru irəliləməsi üçün hazırlanan inkişaf planı hər ilki maliyyə nəticələrində düzgün planlama olduğunu bir daha sübut etmiş olur”,- Şirkətin məlumatında deyilir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti “QoldenPey” ASC 2007-ci ilin iyul ayında yaradılıb. Texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra Şirkət 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında “QoldenPey” ASC Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
13 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
11 d. əvvəl
Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim etdi
-
15 d. əvvəl
Mərkəzi Bank: Sabah saat 10:00-da növbəti qərarı dərc olunacaq
-
45 d. əvvəl
Bu axşam qızılın qiymətinə təsir edə biləcək mühüm qərar açıqlanacaq
-
59 d. əvvəl
Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur
-
1 saat əvvəl
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək, böyük irəliləyiş əldə edirik
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya FED-in qərarını gözləyir – 100 iqtisadçıdan 94-ü eyni fikirdədir
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Mərkəzi Bank: Sabah saat 10:00-da növbəti qərarı dərc olunacaq
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək, böyük irəliləyiş əldə edirik
Ən çox oxunanlar
Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb
Azərbaycan neftinin son qiyməti
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Almaniyanın avtomobil sənayesində mənfəət böhranı dərinləşir – “Mercedes-Benz” də proqnozunu aşağı saldı

























