"Dünya liderliyi Çinə keçəcək, yeni kommunizm və faşizm nümunələri görəcəyik"
Dünyanın ən böyük hedc fondu Bridgewater Associates-in rəhbəri amerikalı Ray Dalio, koronavirus epidemiyasından sonra dünya liderliyinin ABŞ-dan Çinə keçəcəyini söyləyib. Hazırda yaşadığımız dövrü 1930-1945 dövrünə bənzədən və kapitalizm ilə sosializm arasında yenidən bir mübarizə dövrü başlayacağını iddia edən Dalio, kommunizm və faşizmin müasir nümunələrinin görülə bilinəcəyini qeyd edib.Dünyanın ən böyük hedc fondu Bridgewater Associates-in rəhbəri Ray Dalio, koronavirus epidemiyasından sonra dünya nizamı və qlobal iqtisadiyyatın gələcəyinə dair çox təəccüblü açıqlamalar verib.
Marja xəbər verir ki, Yaponiyanın Nikkei qəzetinə danışan məşhur ABŞ-lı sərmayəçi, koronavirus epidemiyasının dünya nizamında "sürüşməyə" səbəb olduğunu və yaşananların Böyük Böhran ilə İkinci Dünya Müharibəsi arasındakı 1930-1945 dövrü qədər əhəmiyyətli olduğunuqeyd edərək, "Çin bu müddətdən dünyanın əsas gücü olaraq çıxacaq" deyib.
Bir epidemiyanın dünya iqtisadiyyatını darmadağın edə biləcəyini nəzərdə tutmaqda uğursuz olduğunu etiraf edən Dalio, epidemiyadan sonra həm ölkələr arasında, həm də ölkələr daxilində sərvət və güc qarşıdurmalarının artacağı proqnozunu verib.
ONSUZ DA BÖHRAN OLACAQDI, VİRUS SÜRƏTLƏNDİRDİ
Dalio-nun şərhlərindən əsas başlıqlar:
- Epidemiya əvvəlində qlobal iqtisadiyyatda bir kövrəklik vardı və qaçılmaz olaraq bir iqtisadi böhran olacaqdı, virus sürpriz sürətləndirici oldu.
- Yüksək borc və nəhəng sərvət bərabərsizliyinin olduğu ölkələrdə mərkəzi bankların normal borc dövrünü davam etdirəcək gücü qalmamışdı.
- Bu müddət ən çox 1930-1945 dövrünə bənzəyir. Mərkəzi banklar çarəsizcə yeni pul yaradırlar.
KAFİ QƏNAƏTİ OLMAYANLAR MÜFLİSLƏŞİR
- Kafi qənaəti (ehtiyatı) olmayan ölkələr, şirkətlər və şəxslər müflisləşir. Eyni səbəblər 1930-1945 dövründə də var olduğu üçün,bu vəziyyət qlobal geo-siyasi tarazlığı və dünya nizamını dəyişdirəcək.
- Sərvət və güc uğrunda qarşıdurmalar olacaq. Sosializm ilə kapitalizmə dair daha çox sorğular olacaq. Başda Çin ilə ABŞ arasında olmaqla ölkələr arasında sərvət və güc uğrunda daha çox qarşıdurma və mübarizə olacaq.
DOLLARIN UCUZLAŞMASINI GÖRƏCƏYİK
- ABŞ-ın dünya valyutası olan dollar yaratmaqdan qaynaqlanan böyük bir gücü var. Bu gün olduğu kimi, dollarda ifadə olunan böyük miqdarda borcları davam etdirmək üçün dollara böyük bir tələb olması ABŞ-a böyük bir güc verir.
- Bu borclar iflaslar ya da dollar çapı nəticəsində bir çox il ərzində silindiyində, ehtiyat (rezerv) pul vahidi olan dolların dəyərinin düşməsini görəcəyik. Bu vəziyyət ABŞ-ın iqtisadi gücünü müdhiş dərəcədə zəiflədəcək.
-Tarix, bütün imperatorluqların borcları və pul vahidləri ilə yüksəldiyini və çökdüyünü göstərmişdir. Britanya və Hollandiya imperatorluqlarının və onların valyutalarının aqibətinə bənzəyir.
YAVAŞ-YAVAŞ YUAN DÜNYANIN REZERV VALYUTASI OLACAQ
- ABŞ-ın geriləməsinin ardından Çin yeni dünya lideri olacaq amma bu müddət inqilabi deyil, təkamül yolla olacaq. Çin dünya iqtisadiyyatının liderliyini çox uzun olmayan bir müddətdə alacaq, ancaq ABŞ-da bir müddət ehtimalla rəqib güc olacaq. ABŞ və Çin arasındakı rəqabət və razılaşma dünya üçün böyük əhəmiyyət daşıyacaq.
- Yuanın ehtiyat (rezerv) valyutası olması bir az müddət sonra reallaşacaq, yavaş-yavaş baş verəcək. Dünyanın rezerv valyutasına sahib olmaq üçün açıq sərmayə bazarlarına sahib olmaq lazımdır.
İNKİŞAF EDƏN ÖLKƏLƏRDƏ ÇÖKÜŞLƏR OLACAQ
- Zəif ehtiyatlara malik olan inkişaf edən ölkələr, əlavə pul çap edəcəklər, kredit və inflyasiya problemi yaşayacaqlar. Nəhəng maliyyə ehtiyacları olacaq və batacaqlar. Bu vəziyyətdən xilas olmaq üçün güclü ehtiyat olmalıdır.
- Kapitalizm ilə sosializm arasında bir döyüş dövrü və sərvətin yenidən bölüşdürülməsində böyük dəyişiklik olacaq.
- Bu müddət 1930-larda yaşananlara bənzər olacaq, kommunizm ilə faşizmin müasir versiyaları ortaya çıxacaq.
- Dünya nizamını yenidən şəkilləndirmək mübarizəsitəxminən beş il davam edəcək, qazananlar və itirənlər dəqiqləşəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 saat əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
1 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
-
1 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
1 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 2 gün əvvəl
-
2 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
3 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
























